Böyük xor sinaqoqu (Bakı)

Böyük xor sinaqoquAzərbaycanın paytaxtı Bakı şəhərində yerləşmiş keçmiş sinaqoq. Tikili hazırda Azərbaycan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərir.[1]

İudaizm
Böyük xor sinaqoqu
Böyük xor sinaqoqu.
Böyük xor sinaqoqu.
Din
Ləğvi 1932
Ölkə
Memarlıq
İnşa tarixi 1902 – 1910
Üslubu yunan
Vəziyyəti Azərbaycan Dövlət Mahnı Teatrı
Böyük xor sinaqoqu xəritədə
Böyük xor sinaqoqu
Böyük xor sinaqoqu

Tarixi

1902–1910-cu illərdə İosif Qoslavskinin layihəsi əsasında yunan üslubunda tikilmiş Böyük xor sinaqoqu Bakıda litvalı zəngin yəhudilərin pulu ilə tikilmiş ilk aşkenazi sinaqoqu olmuşdur.[1][2][3] Bakının yəhudi icmasının maliyyə dəstəyi və Azərbaycanlı xeyriyyəçilərin maddi ianələri hesabına tikilmişdir. Onlar arasında neft maqnatı Zeynalabdin Tağıyev də var idi.[1] Sinaqoqun tikintisi 100 min rubla başa gəlmişdir.[4]

Sinaqoq 1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Burada müxtəlif dini tədbirlər və ayinlər keçirilir, nikah mərasimləri baş tuturdu. 1930-cu illərdə SSRİ-də ateizm ideologiyası əsas tutularaq sinaqoqlar ləğv olunmağa başlanmışdır. 1934-cü ildə binada Bakı Yəhudi İşçi Teatrı, 1936-cı ildə isə Azərbaycan Dövlət Yəhudi Teatrına çevrilmişdir.[2]

Bərpa cəhdləri

1980-ci illərdə Bakı yəhudi icmasının üzvləri sinaqoqun qaytarılmasına yardım etməsi xahişi ilə Moskvaya, baş ravvinin yanına getmişdirlər. Amma o, təklifi rədd etmişdir. 2005-ci ildə yəhudi icması növbəti dəfə sinaqoqun qaytarılması xahişi ilə hakimiyyətə müraciət etməyə çalışmışdır, amma hökumət bundan imtina etmişdir.[1] 2009-cu ildə Dağ yəhudilərinin sinaqoqunun ravvini Rubin İzmailov tikilinin yenidən sinaqoqa çevrilməsini istədiyini bildirmişdir.[5] Azərbaycanda yaşayan və başqa ölkələrə köçmüş Bakı yəhudiləri vaxtaşırı tikilinin yəhudilərə qaytarılması barədə yazılar dərc etməyə davam edirlər.[1]

Həmçinin bax

İstinadlar

  1. "Bakı yəhudiləri Xoralı sinaqoqu binasının onlara qaytarılmasını istəyirlər". Turan İnformasiya Agentliyi. 5 iyun 2021. Archived from the original on 2024-01-14. İstifadə tarixi: 14 yanvar 2024.
  2. "Bakı Xor Sinaqoqu: yəhudilərdən qalmış tarix". Baku Plus. 26 oktyabr 2023. 14 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  3. "111 yaşlı, nəğmə soraqlı ünvan". Mədəniyyət Nazirliyi. 2 aprel 2022. 14 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  4. "Baku". Jewish Encyclopedia (ingiliscə). 24 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  5. "Yəhudilər sinaqoqun sökülməsini istəmirlər". Həftə.az. 23 iyul 2009. 2024-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.