Böyük qıfotu
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü.
Böyük qıfotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Yarımfəsilə: Rauvolfioideae Triba: Vinceae Yarımtriba: Vincinae Cins: Növ: Böyük qıfotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir.
Botaniki təsviri
Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir. Çiçək tacı borucuğunun uzunluğu 15-25 mm, eni 10-18 mm, rombvari-yumurtavaridir. Mart-aprel aylarında çiçəkləyir. Nazik budaqları əyilərək, torpağın üzərinə düşür və həmin hissədən kök atır. Toxum, yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır.
Ekologiyası
Torpağa tələbkar deyil, quraqlığa davamlıdır, lakin Abşeron şəraitində isti yay günlərində suvarılmalıdır. Kölgəli və yarımkölgəli sahələrdə yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
Böyük Qafqazda, Kür-Araz ovalığında, Cənub bölgəsində, Naxçıvanda, Abşeronda rast gəlinir.
İstifadəsi
Alçaq və enli çəpərlərdə çox dekorativ görünür. Gözəl formalı yarpaqları və iri çiçəkləri bitkiyə xüsusi yaraşıq verir və buna görə də bəzək bağçılığında istifadəsi əlverişlidir.
Sinonimləri
- Pervinca major (L.) Garsault [Invalid]
- Vinca grandiflora Salisb.
- Vinca major subsp. major
- Vinca major var. variegata Loudon
- Vinca major f. variegata (Loudon) P.D.Sell
- Vinca ovatifolia Stokes[2]
Yarımnövləri
- Vinca major subsp. balcanica (Pénzes) Kozuharov & A.V.Petrova
- Vinca major subsp. hirsuta (Boiss.) Stearn
İstinadlar
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 209.
- Böyük qıfotu:''The Plant List saytında takson barədə məlumat. (ing.)