Böyük memar (Vilyam Bleyk)
Böyük memar — ilk dəfə Uilyam Bleykin 1794-cü ildə yayımlanmış “Avropa peyğəmbərliyi” əsərinin frontispisində yayımlanmış qravürdür.
Böyük memar | ||
---|---|---|
| ||
Rəssam | Uilyam Bleyk | |
Tarixi | 1794 | |
Üslubu | mifologiya rəssamlığı[d] | |
Texnikası | qravür | |
Ölçüləri | 23,3 ± 0,1 sm[3][4] × 16,8 ± 0,1 sm[3][4] | |
Materialı | mürəkkəb[3], kağız | |
Saxlanıldığı yer | Fitsuilyam muzeyi | |
Saytı |
britishmuseum.org/resear… britishmuseum.org/collec… |
|
İnventar nömrəsi | 1859,0625.72[5] | |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri və tədqiqi
Əsər adını Danielin kitabında xatırlanan tanrının adlarından birindən almışdır. Rəsmdə buludlu fon qarşısında dayanaraq sirkulla ölçü götürən Urizen təsvir edilmişdir.[6] Onun uzanmış əli daha qaranlıq ərazi üzərində kompas tutur. Oxşar təsvir Bleykin növbəti il tamamlanmış “Nyuton” adlı əsərində də vardır. Bioqraf Aleksandr Qilkrist “Uilyam Bleykin həyatı” adlı əsərində qeyd edir ki, “Böyük memar” Bleykin ən sevimli əsəri olmuş və sənətkar onun kopyalarını yaratmaqdan həzz almışdır.[7] Buna görə də əsərin müxtəlif kopyaları mövcuddur ki, onlardan da birini Bleyk ölümündən bir neçə həftə əvvəl Frederik Tetam üçün tamamlamışdır.[7]
Britaniya muzeyi qeyd edir ki, 1885-ci ildə aşkara çıxarılmış nüsxə, 1982-ci ildə Bleykin əsərlərinin kataloq-rezinesini yaratmış Böyük Britaniya sənət tarixçisi Martin Butlin nəzərindən yayınmışdır.[8]
Bleykin erkən tənqidçiləri rəsmin onun əsərləri arasında ən yaxşılardan biri olmaqla yanaşı, həm də sənətkarın özü tərəfindən sevildiyini qeyd etmişlər. Riçard Tompsonun Con Tomas Smitin “Nollekens və onun dövrü” təsvirində əsər haqqında deyilir ki, “qeyri-adi gözəlliyə malik incəsənət nümunəsi demək olar ki, Rafael və Mikelancelo zirvəsinə yüksəlir” və “Süleyman məsəlləri kitabı viii. 27 (KJV)”ndakı hadisələrə əsaslanaraq yer kürəsinin üzünə kompas tutulmasını təsvir edir.[9]
Mövzu, Bleykin əsas “baxış”larından biri olmuş və sənətkar onun printlərini hazırlayarkən xüsusi həzz almışdır. Sənətkara daha əvvəl ödənilmiş bütün məbləğlərdən daha çox olan qiymətə Tetam tərəfindən sənətkarın ömrünün son günlərində sifariş edilmiş nüsxə Bleyk tərəfindən xəstə yatağında rənglənərək tamamlanmışdır. Əsəri tamamladıqdan sonra Bleyk onu kənara tullayaraq “Gör, mən neylədim! Bunu düzəldə bilməyəcəm!” demişdir.[9]
Əsər, Stiven Hokinqin “Tanrı tam sayları yaratdı” əsərinin üz qabığında istifadə olunmuşdur.
Nüsxələri
“Avropa peyğəmbərliyi” əsərinin dövrümüzə çatmış on üç nüsxəsi mövcuddur. Hər nüsxənin rəssam tərəfindən əllə rənglənməsinə görə, onların hər biri unikaldır. Aşağıdakı nüsxələr Uilyam Bleyk Arxivində yayımlanmışdır.[10]
- Böyük memar B nüsxəsi, Qlazqo Universiteti kitabxanası
- Böyük memar D nüsxəsi, Britaniya muzeyi
- Böyük memar E nüsxəsi, Konqres Kitabxanası
- Böyük memar H nüsxəsi, Hoqton Kitabxanası
- Böyük memar K nüsxəsi, Fitsuilyam muzeyi
İstinadlar
- "Europe a Prophecy, copy K, object 1 (Bentley 1, Erdman i, Keynes i) "Europe a Prophecy"". William Blake Archive. İstifadə tarixi: 16 yanvar 2018.
- "Europe a Prophecy, copy K, object 1 (Bentley 1, Erdman i, Keynes i) "Europe a Prophecy"". William Blake Archive. İstifadə tarixi: 16 yanvar 2018.
- http://www.europeana.eu/portal/record/2063624/UK_280_004.html.
- Britaniya muzeyi. 1753.
- http://www.britishmuseum.org/research/collection_online/collection_object_details/collection_image_gallery.aspx?partid=1&assetid=114621001&objectid=1344764.
- Kaiser, Christopher B. Creational Theology and the History of Physical Science: The Creationist Tradition from Basil to Bohr. Studies in the History of Christian Thought. 78. Brill Publishers. 1997. səh. 329. ISBN 9789004106697. 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-17.
Urizen, best known from the colour print 'The Ancient of Days'
- Gilchrist (1863). pp. 379-380
- "Object details". Catalogue search. London: British Museum. 2012-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2018.
- Smith, John Thomas. "Blake" // Nollekens and his times. 2. London: Henry Colburn. 1829. 473, 485 & footnote.
- "Europe a Prophecy". The William Blake Archive. İstifadə tarixi: 17 yanvar 2018.
Xarici keçidlər
- Vikianbarda Uilyam Bleykin Böyük memar əsəri ilə əlaqəli mediafayllar var.