Böyük cinsiyyət dodaqları

Böyük cinsiyyət dodaqlarılat. labia majora pudendi qasıq dağcığından aşağıda 7–8 sm uzunluğunda və 2–3 sm enində bir cüt paralel istiqamətdə durmuş elastik dəri büküşləridir. Bayır tərəflərdən çanaq-bud şırımı vasitəsilə sağ və solbuddan ayrılmışdır. Böyük cinsiyyət dodaqları orta xətdə cinsiyyət yarığını (lat. rima pudendi) əhatə edir. bu yarıq qızlarda və cavan qadınlarda qapalı yəni böyük cinsiyyət dodaqları bir-birinə söykənmiş olur. Təkrar doğmuş qadınlarda böyük cinsiyyət dodaqları elastikliyini itirdiyinə görə cinsiyyət yarığı açıq qalır. Cinsiyyət yarığının ön və dal uclarında böyük cinsiyyət dodaqları bir-biri ilə birləşərək ön və dal bitişməni — lat. commissura labiorum anterior et posterior əmələ gətirir. dal bitişmə dal tərəfdə 3 sm uzunluğunda aralıq adlanan sahə vasitəsilə anusdan ayrılmışdır. Böyük cinsiyyət dodaqlarının kütləsini piy təbəqəsi təşkil etmişdir. Burada venoz kələf, sərt və elastik birləşdirici toxuma və saya əzələ lifləri vardır. Böyük cinsiyyət dodaqların xarici səthi tüklər ilə örtülüdür. Böyük cinsiyyət dodaqlarının dərisi piqmentlidir, cinsiyyət yarığına yaxınlaşdıqca rəngi dəyişir. İçəri tərəfdə çəhrayı rəngdə olur.

Böyük cinsiyyət dodaqları
Latınca labia majora pudendi
Qrey subyekt 270 1265
Embrional Sidik-cinsiyyət cibi
Dorlands/Elsevier Labia majora
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.