Böyük Zirə mayakı

Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili.

Böyük Zirə mayakı
Böyük Zirə mayakı
Böyük Zirə mayakı
Ölkə
Su hövzəsi Xəzər dənizi
Yerləşir Böyük Zirə, Azərbaycan
Koordinatlar 40°17′45″ şm. e. 49°55′22″ ş. u.
Yandırılma ili 1858
Tikilmə tarixi 1958
Tikinti materialı daş
Forması İki kvadrat prizma
Əlamət Rənglənməmiş, aşağı mərtəbəsində şəhər üçün silah saxlanılır; fənəri qırmızı-ağ
Hündürlüyü 18 m
Diapazon əsas: 10-11 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır.[1]

Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb.[1] 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir.[1]

Göstəriciləri

Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır.[1]

Hündürlüyü 18 metrdir.[1] Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib.[1] Mayak günəş batareyaları ilə təmin edilir.[1]

Poçt markası üzərində

2013-cü ildə buraxılmış poçt markası

2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur[2].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.