Böyük Yekaterina sarayı
Böyük Yekaterina sarayı və ya Böyük Çarskosel sarayı'[1][2][3] (rus. Екатерининский дворец, Большой Царскосельский дворец[4]) – keçmiş İmperator sarayı; Peterburqun ətraflarında yerləşən ən böyük saraydır.
Böyük Yekaterina sarayı | |
---|---|
Екатерининский дворец | |
59°42′58″ şm. e. 30°23′44″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Puşkin |
Memar | Françesko Bartolomeo Rastrelli |
Sifarişçi | I Yekaterina |
Əsas tarixlər |
1717-Sarayın təməli qoyulur 1742-I Yekaterinanın hakimiyyəti dövründə ilk inşaat işlərinə başlanılır 1752-Rastrellinin layihəsi əsasında əsaslı inşaat işlərinə başlanılır 1756-İnşaat işləri başa çatdırılır 1944-Saray faşistlər tərəfindən dağıdılır 1947-Restavrasiya işlərinə başlanılır 2003-Bərpa edilmiş Yantaar otağının açılışı olur. |
Tikilmə tarixi | 1752 - 1756 |
Üslubu | Yekaterina barokkosu |
Vəziyyəti | Dövlət Rus muzeyinin filialı |
Rəsmi sayt | tzar.ru |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810447033 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Sarayın tarixində və memarlığında həm hər dövrün memarlıq meylləri, həm də Rusiya hökmdarların şəxsi seçimləri özündə əks etdirilmişdi. Sarayın əsası 1717-ci ildə alman memarı Yohann Fridrix Braunşteinin rəhbərliyi altında İmperatriça I Yekaterinanın yay iqamətgahı kimi inşa edilmişdi. 1743-cü ildə İmperatriça Yelizaveta Petrovna sarayın genişləndirilməsi və abadlaşdırılması üçün rus memarları Mixail Zemtsov və Andrey Kvasovu dəvət eləyir. Məhz İmperatriça Yelizavetanın dövründə, saray hazırkı görünüşünü almışdı. 1752-ci ildə o memar Bartolomeo Rastrelliyə sarayın yenidənqurulması işlərinə başçılıq etməyini istədi, çünki sarayın hazırkı görünüşü İmperatriçaya həddindən artıq köhnə üslublu və kiçik görsənirdi. Demontaj, möhtəşəm yenidənqurma və 4 il müddətində davam edən tikinti işlərindən sonra saray tamamilə yeni Rus barokko üslubunda yenidən qurulur. 30 iyul 1756-cı ildə Rusiya dövlət xadimləri və xarici qonaqlara 325 metr uzunluğunda möhtəşəm sarayın rəsmi prezentasiyası keçirilmişdi.
Sarayın yenidənqurulması
Bartolomeo Françesko Rastrelli 1752—1756-cı illərdə Böyük Yekaterina sarayını yenidən qurmuşdu. Binanın uzununa həll edilmiş planı onun məkan yerləşmə xüsusiyyətləri üçün əsas rol oynamışdır; mərkəzə doğru böyüyən və iki paralel nəhəng uzunluqda olan qəbul zallarının anfiladası baş pilləkənin cənub-qərb qanadına çaxarılması ilə vurğulanır. Fasadın order sisteminin ritmik müxtəlifliyi, üzərində antamblementlər olan sütunların böyük çıxıntıları, pəncərələrin dərin kənarları zəngin işıq-kölgə oyunu effekti yaradır, divarların al-əlvan rəngləri (mavi və qızılı rənglər)isə binaya emosional, dolğun, olduqca şən və təntənəli görünüş yaradır.
Saray 1917-ci ildən sonra
Alman işğalı dövründə ansambl güclü dağıntıya məruz qalmışdı, saray binaları talan edilmişdi bir çox eksponatlar isə yandırılmışdı. Hazırda saray ansamblı N.V.Baranov, A.A.Kedrinskiy, N.Y.Tumanova tərəfindən tam olaraq bərpa edilmişdi.
23 may 2010-cu ildə "Çarskoye selo" Dövlət Muzeyinin baş direktoru Olqa Taratınova şəhərin 300 illik yubileyi ərəfəsində bir neçə restavrasiya edilmiş zal və pavilyonların açılacağı barədə jurnalistlərə bildirmişdi[5].
Memarlıq
Böyük sarayın nəhəng həcmi dərhal gözə çarpır. Bundan başqa saray fasadının simmetrik çarpazlaşan portikləri planda yerləşən parkın əsas məkan koordinatlarına uyğundur. Uzunluğu 310 metrə yaxın olan Sarayın ağ, mavi və qızıl suyuna çəkilmiş naxışlarlar ilə bəzədilmiş fasadı özünün qeyri-adi əzəməti ilə diqqəti cəlb edir. Qarbəyazlı sütunları olan saray divarlarını memar şir başları, kariatid və atlant heykəlləri ilə bəzəmişdi. Sarayın daxili interyerlərinin bəzədilməsi üçün isə 100 kiloya yaxın yüksək əyarlı qızıldan istifadə olunmuşdu.
Nəhəng qəbuletmə zalları birləşərək özündə möhtəşəm Qızıl anfilada yaradırlar.
Sarayın zal və otaqları
Böyük zal
Çoxsaylı qonaqları qəbul etmək məqsədilə yaradılmış bu nəhəng zalın ümumi həcmi 800 m2 təşkil edir. Zalın bütün uzunluğu boyu böyük güzgülərə gün işığı düşdükdə optik illyuziya yaranaraq, otağı daha da böyük göstərir. Zalın divarları nəfis qızıl uyuna çəkilmiş bəzəklərlə işlənilib.
Arabesk zalı
Arabesk zalı İmperatriça II Yekaterinanın şəxsi otağı sayılırdı. Böyük zal kimi, burada da çoxlu güzglər yerləşdirilib. Zalın əsas xüsusiyyətlərindən biri də divarlarda antik geyimli fiqurlar ilə bəzədilmiş pannolar, tavanda isə mifoloji süjetləri özündə əks etdirən gözəl rəsmlərdir.
- Arabesk zalı
- Böyük zal
- Rəsm otağı
- Yemək otağı
- Kavaler yemək otağı
- Portret otağı
Kəhrəba otağı
Kəhrəba otağı Böyük Yekaterina sarayının ən tanınmış otaqlarından sayılır. Kəhrəba otağının əsas bəzək detalları XVIII əsrin əvvəllərində Prussiyada hazırlanmışdı və 1716-cı ildə kral Fridrix Vilhelm tərəfindən I Pyotra hədiyyə olunmuşdu. 1746-cı ildə otaq yeni detallarla tamamlanaraq Peterburqda yerləşən Qış sarayında quraşdırılmşıdı, 1755-ci ildə otaq Çarskoye seloya köçürülərək, Yekaterina sarayında yenidən quraşdırılmışdı.
Böyük Vətən Müharibəsi illərində Kəhrəba otağının müxəlləfatı alman işğalçıları tərəfindən oğurlanaraq Şərgi Prussiyanın mərkəzi sayılan Köniqsberq şəhərinə gətirilmişdi və bir müddət burada yerləşən qəsrdə saxlanılmışdı. Otağın sonrakı taleyi naməlum olaraq qalır. 1979-cu ildən Sankt-Peterburqda Kəhrəba otağının yenidən qurulması üzərində işlər aparılmışdı; 2003-cü ildə Peterburqun 300 yaşı qeyd olunarkən, Kəhrəba otağı Almaniya firmaların vasitələri də daxil olmaqla, yerli restavratorların köməyi ilə tam restavrasiya olunmuşdur.
Saray kilsəsi
Məbədin tikinti müddəti 1746-cı ildən 1756-cı ilə kimi sürmüşdü. Kilsə sarayın şimal fligelində quraşdırılmışdı. 1820 və 1863-cü illərdə baş vermiş yanğından sonra bir neçə dəfə restavrasiya olunmuşdu. Layihələndirməsində S.Çevakinskiy, F.B.Ratrelli, Stasov və başqaları iştirak etmişdilər. Kilsənin interyeri Puşkin şəhərinin alman ordusu tərəfindən işğalı zamanı demək olar ki, təmamilə məhv edilmişdi və bu günə kimi bərpa olunmayıb. 1993-cü ildən kilsədə nadir hallarda moleben keçirilir.
Şəkillər
- Sarayın əsas fasadının dizaynı.
- Saray fasadının həlli.
- Saray fasadındakı Atlaslardan biri.
- Saray kilsəsinin eksteryer görünüşü.
- Saray kilsəsinin interyer görünüşü.
- Saray xidmətçilərinin yaşayış evləri.
- Saraya xidmət otaqları.
- Saray bağı.
- Saray bağı.
- Qızıl darvaza.
İstinadlar
- "Екатерининский дворец (Большой)". 2015-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-02.
- "Екатерининский дворец". 2015-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-02.
- "Екатерининский дворец". 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-02.
- "Большой дворец в г. Пушкине". 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-02.
- В Екатерининском дворце Царского Села откроют Арабесковый и Тронный залы Arxivləşdirilib 2013-12-11 at the Wayback Machine (rus.)
Xarici keçidlər
- Историческая справка сайта Виртуальный Пушкин
- Историческая справка сайта ГМЗ Царское Село Arxivləşdirilib 2015-06-17 at the Wayback Machine
- Интересные факты и фото Екатерининского дворца на сервере Pushkin.ru