Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi (Şuşa)
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi"[1] — Azərbaycanın Şuşa şəhərində, Xəlil Məmmədov küçəsində yerləşən abidə. İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra pis vəziyyətə düşmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır.
Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi | |
---|---|
Ölkə | |
Memarlıq üslubu | brutalizm |
Vəziyyəti | dağıdılmış |
Həsr olunub | İkinci Dünya müharibəsinin iştirakçıları |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" SSRİ hakimiyyəti dövründə salınmışdır və İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Kompleksin tərkibində sovet əsgərlərinin barelyefləri, park və "Analar heykəli" daxildir. Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman kompleks vandalizmə məruz qalmışdır. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnmiş, "Analar heykəli" vandalizmə uğramış, əbədi məşəl söndürülmüşdür.
2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır. 2021-ci ilin aprel ayında Şuşa şəhərinin sakinləri rus sülhməramlıları ilə birlikdə 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına monumental kompleksin elementlərinin təmizlənməsi və rənglənməsi, eləcə də bitişik ərazinin nizamlanması işlərini aparmışdılar.[2]
İstinadlar
- "Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi". kataloq.gomap.az (az.). 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2022.
- "Şuşadakı 1941-1945-ci illər müharibəsi iştirakçılarının abidə kompleksi təmir olunub". koordinat.az (az.). 2022-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2022.
Xarici keçidlər
- Vikianbarda Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi (Şuşa) ilə əlaqəli mediafayllar var.