Böyük Pirəli

Böyük Pirəli, Böyük PirəlliAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Böyük Pirəli
40°54′41″ şm. e. 47°48′08″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1567 (2009) nəfər
Böyük Pirəli xəritədə
Böyük Pirəli
Böyük Pirəli

Böyük Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.[1]

Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb.[1] Bu kənddə ən böyük küçə Abduməhlədir. Yolun adı Bəy Yolu adlanır. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.[1] Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhli təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar.[1]

Tanınmış Şəxsiyyətləri

Səbzəliyev Elnar İlham oğlu - İkinci Qarabağ Müharibəsi iştirakçısı . Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 24 iyun 2021 - ci il tarixli sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur

Tarixi

Toponimikası

Böyük Pirəlli oyk., mür. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Topalançayın (Türyan çayının qolu) sahilində, Alazan-Həftəran vadisindədir. 1933-cü ildə Böyük Pirəlli variantında qeydə alınmışdır. Keçmiş adı Piralili olmuşdur. Etnotoponimdir. XIX əsrdə bu kənddən çıxmış ailələr Kiçik Pirəlli (Cocuq pirəli də adlanır) kəndini saldıqdan sonra əvvəlki kənd Böyük (əsas) Pirəli adlanmışdır.[2]

Əhalisi

Din

Əhalinin dini islam dinidir və sünni təriqətlidir.

Kənddə Böyük Pirəli kənd məscidi dini icması fəaliyyət göstərir[4].

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.