Böyük Məzrə

Böyük MəzrəGöyçə mahalının Basarkeçər rayonunda kənd.

Kənd
Böyük Məzrə
40°13′07″ şm. e. 45°46′10″ ş. u.
Ölkə  Ermənistan
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 2,8 km²
Mərkəzin hündürlüyü 1.940 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.132 nəf. (2011)[1]
Rəsmi dili
Böyük Məzrə xəritədə
Böyük Məzrə
Böyük Məzrə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Böyük məzrə kəndinin yaranma tarixi XIV əsrin axırları (1387–1388), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Kəndin ilk adı XVII əsrin ortalarında (1650) qədər Quluağalı, ikinci adı 1956-cı ilə qədər Böyük Məzrə, üçüncü adı isə 1988-ci ilin dekabrına qədər erməni dilində də həmin mənanı bildirən Mets Mazra olmuşdur. Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Vəliağa (Zod) Hüseynquluağa (Nərimanlı), Qaraiman (Oğruca) və Quluağa isə Böyük Məzrə kəndinin himini salmışdır.

Kəndin ilk adı Quluağalı sözünün mənası, kəndin himini salan Qulu ağanın adı ilə bağlıdır.Kəndin ikinci adı Böyük Məzrə sözünün mənası iki mənanı kəsb edir.

1.Böyük Məzrə sözü ərəb dilində "Düzənlik",

2.Fars dilində isə "Bolluq və Bərəkətlik" mənasını bildirir.

Kəndin ərazisinin əkin yerləri böyük düzənliklərdən ibarət olduğuna görə adı Böyük Məzrə adlandırılmışdır.

Kəndin üçüncü adı olan Mets Mazra sözünün mənası erməni dilində də həmin mənanı bildirir. ХIХ əsrin оrtаlаrındа kəndin mаldаrlаrının "Аğdаş" və "Hаcı Qurbаn dərəsi" аdlı yаylаq yеrləri оlmuşdur. 1915–1918-ci illərdə Türkiyədən gəlmə еrmənilər də kənddə yеrləşdirildikdən sоnrа əhаli qаrışıq оlmuşdur. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 4 km məsаfədə yеrləşir. 19 аprеl 1991-ci ildə kəndin adı Medz Masrik qoyulmuşdur.Kənddə ermənilərin məskunlaşması 1915-ci ildə olmuşdur. Ermənilər1915-ci ildən 1988-ci ilin dekabrına qədər azərbaycanlılarla birlikdə qarışıq yaşamışlar.

Qaçqınlıq

1905–1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisi heç bir yana çıxmamış, doğma yurdlarında qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 100 evi, 200–250 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki II Qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarında çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Gəncəbasar, Goranboy, Xanlar, Samux, Şəmkir və başqa yerlərdə məskunlaşmışdır. Əhalinin çox hissəsi 1921-ci ilin yazında yenidən doğma yurdlarına qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 150–200 evi, 950–1000 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kəndin Mahmudlular tayfası tamamilə çıxarılaraq Tərtər rayonunun Seydimli kəndində məskunlaşmışdır. Mahmudlular tayfasının sakinləri bir müddətdən sonra yenidən doğma kəndinə qayıtmışdır. Qaçqınlıq zamanı kəndin 300–350 evi, 1500–2000 nəfərə yaxın əhalisi olmuşdur.1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Şəmkir, Xanlar və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi bu günə qədər həmin yerlərdə yaşayır. Qaçqınlıq zamanı kəndin 500 evi, 2500–3000 nəfərdən çox əhalisi olmuşdur.

Ərazisi

Kəndin eni 3 km, uzunluğu isə 5 km-dir. Kəndin 5000hektar torpağı olub. Ondan 3000 hektarı əkənək,2000 hektarı isə biçənək və otaraq sahələridir. Kəndin üç su ilə işləyən un dəyirmanı olmuşdur. Onlardan ikisi Axundlular tayfasının, biri isə Kərimlilər tayfasının dəyirmanıdır. Dəyirmanlar 1945–1946-cı illərə qədər fəaliyyət göstərmişdir. Kəndin ərazisində adları Türk toponimlərindən ibarət çox mənzərəli və gəzməli qədim yurd yerləri vardır. Onlardan mənbəyini Keyti dağı və Yelli dərə, Əyriqar və Sarıyer yaylaqlarından başlayan, kəndi iki yerə bölən Məzrə çayı, İsgəndərağanın cələsi, Üçtəpələr, Kürdün komu, şimal tərəfdə yerləşən Qoşqar dağı silsiləsindəki Ağyoxuş, cənub tərəfdə kənddən 25 km aralı məsafədə yerləşən Sona bulağı yaylaqlarını göstərmək olar.

Mədəniyyəti

Böyük Məzrə kəndində 881-ci ilə aid Alban xaçdaşı.

1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilərdi. 1930–1932-ci illərdən 1937-ci ilə qədər ibtidai (I–V), 1937-ci ildən 1939-cu ilə qədər yeddi illik (VII), 1939-cu ildən 1988-ci ilin dekabrına qədər orta (X) məktəb olmuşdur.

Coğrafiyası və iqlimi

Kənd Göyçə gölü ilə şərq tərəfdən 22 km, rayon mərkəzi ilə şimal tərəfdən 4–5 km məsafədə yerləşmişdir. Kəndin relyefi düzənlik olub. Kənd cənub tərəfdən 4–5 km rayon mərkəzi ilə, şərq tərəfdən 11 km Zod kəndiilə, şimal-şərq tərəfdən 8 km İnəkdağı kəndi ilə, şimal tərəfdən 8–9 km Canəhməd kəndi ilə, şimal-qərb tərəfdən 4–5 km Qaraiman kəndi ilə, qərb tərəfdən isə 3 km Kiçik Məzrə kəndi ilə həmsərhəddir.

Kəndin tayfaları

  • Tatlılar (Qazax mahalı)
  • Xələflilər (Qazax mahalı)
  • Muradlılar (Qazax mahalı)
  • Seyid qulular (Qazax mahalı)
  • Məşədi Kərimlilər (Qazax mahalı)
  • Axundlular (Qazax mahalı)
  • Cəfərlilər (Qazax mahalı)
  • Gödək Əhmədlilər (Qazax mahalı)
  • Cənnətlilər (Şəmkir rayonu)
  • Cəmillilər (Şəmkir rayonu)
  • Mahmudlular (Şəmkir rayonu)
  • Bozalılar (Tovuz rayonu)
  • Cahangirlilər (Goranboy rayonu)

Əhalisi

İlSayı
1831 293 [2]
1873 956 [3]
1897 1.652 [2]
İlSayı
1926 1.232 [2]
1939 2.110 [2]
1959 2.600 [2]
İlSayı
1970 3.446 [2]
1979 3.515 [2]
1989 3.048 [2]
İlSayı
2001 2.806 [2]
2004 3.420 [4]
2011 3.132 [1]

Tanınmışları

  • Zülfü Hacıyev — Azərbaycanın baş nazirinin müavini (1989–1991).
  • Ələddin Əhmədov — professor.
  • Nazim Veysov — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı.
  • Zərdan Səmədov — Azərbaycan Texnologiya universitetinin dosenti.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.