Böyük Katon
Mark Porsi Katon (təq. e.ə. 234 – e.ə. 149[1][2][…], Roma[3]) — Qədim Roma yazıçısı, Roma ədəbi nəsrinin banisi, dövlət xadimi. E.ə. 198-ci ildə Sardiniyada pretor olmuşdur. E.ə.195-ci ildə konsul olarkən İspaniyada yerli tayfaların üsyanını yatırmışdı. Latın dilində yazmış ilk Roma tarixçisidir. Katon aristokrat nəslindən olmasa da, senator seçilmiş, ticarət və sələmçiliklə məşğul olan iri əyanları müdafiə etmişdir.
Böyük Katon | |
---|---|
lat. Marcus Porcius Cato | |
Doğum tarixi | təq. e.ə. 234 |
Vəfat tarixi | e.ə. 149[1][2][…] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | bilinmir |
Anası | bilinmir |
Fəaliyyəti | yazıçı, iqtisadçı, şair, filosof, orator, tarixçi, əsgər |
Əsərlərinin dili | latın dili[4] |
Vikianbarda əlaqəli mediafayllar |
"Başlanğıclar" (Romanın ta qədimdən 2-ci Pun müharibəsinədək tarixi), "Əkinçilik haqqında" və s. əsərlərin, çoxlu nitq və məktubun müəllifidir. Oğlu Marka nəsihət təriqində yazılmış (dövrümüzədək gəlib çatmamışdır) ensiklopediya xarakterli kitab tərtib etmişdi. Karfagenin barışmaz düşməni olmuşdur.
Mənbə
- Y.Həsənov. Qədim Roma tarixi. Bakı, 1975
İstinadlar
- Шитц И. Катон Старший (rus.). // Энциклопедический словарь Гранат 7 Александр Наумович Гранат, 1910. Т. 23.
- Perseus Digital Library. 1987.
- Deutsche Nationalbibliothek Record #118519697 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- PHI Latin Texts.
Xarici keçidlər
Vikianbarda Böyük Katon ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.