Böyük Həmyə
Böyük Həmyə — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.[2]
Kənd | |
Böyük Həmyə | |
---|---|
41°06′23″ şm. e. 49°08′43″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Siyəzən rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 2 281[1] nəfər (2015) |
|
Əhalisi
Əhalisinin sayı 3000 nəfərdir.[3]
Tarixi
Böyük Həmyə Siyəzən rayonunun Həmyə inzibati ərazi vahidində kənd.
Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ərəb Həmyə olmuşdur. Həmyə - ərəb dilindəki "həmyun" sözündən olub, "himayə edən" deməkdir. Böyük fərqləndirici sözdür[4].
Yol
2014-cü ildə iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır[5].
İstinadlar
- "Rayon haqqında: Əhali" (az.). Siyəzən Rayon İcra Hakimiyyəti. Archived from the original on 2015-10-16. İstifadə tarixi: 2015-10-16..
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 152.
- "Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (az.). president.az. 08 sentyabr 2014, 18:20. 2017-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.