Böyük Dəhnə
Böyük Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd.[2]
Kənd | |
Böyük Dəhnə | |
---|---|
Böyük Dəhnə | |
40°58′27″ şm. e. 47°07′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Baş Dəhnə |
Mərkəzin hündürlüyü | 189 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.556 nəfər |
Milli tərkibi | Azərbaycanlılar (Azərbaycan türkləri) |
Etnoxronim | Böyük Dəhnəlilər |
Rəsmi dili | Azərbaycan dili (Azərbaycan türkcəsi) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5518[1] |
|
Tarixi
Acınohur gölündən 10 km. aralı, Turut çölündədir. Oykonim böyük (ölçü bildirir) və dəhnə (fars. "çay ağzı, keçid, suyun əsas mənbədən ayrıldığı yer, suvarma kanalının ağzı, sukeçirən yer, arx başı, arx başında bənd") komponentlərindən düzəlib, "böyük arx başı" mənasındadır[3].
Mədəniyyəti
1902-ci ildə kəndin ərazisində aparılan araşdırmalar zamanı burada üzərində qədim yunan yazıları olan abidə tapılmışdır. Abidənin I-II əsrlərə aid olduğu güman edilir.[4]
Coğrafiyası və iqlimi
Şəki ərazisi olsa da iqlimi Mərkəzi Aran iqliminə daha yaxın iqlimdi.
Əhalisi
Kəndin əhalisi 5418 nəfər təşkil edir ki, onun da 2675 nəfəri kişi, 2743 nəfəri isə qadındır.
Tanınmış şəxsləri
- Gülyanaq Məmmədova — Yüksək dərəcəli vokalist – Müğənni. Filmlərdə mahnı ifa edən və iştirak edən. Əməkdar artist
- Gülyaz Məmmədova — Müğənni. Filmlərdə mahnı ifa edən və iştirak edən. Əməkdar artist.
- Cavanşir Feyziyev — Alim, millət vəkili
- Dünyamin Yunusov — alim.
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.151
- Azərbaycan Sovet Ensiklopediyası, Bakı, 1978, 2-ci cild, səh. 289
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.