Böyük Britaniyanın Avropa İttifaqından çıxışı
Böyük Britaniyanın Avropa İttifaqından çıxışı, çox vaxt Brexit kimi qısaldılır ("Böyük Britaniya" və "exit" sözlərinin birləşməsi) — müxtəlif şəxslər, təbliğat qruplar, siyasi partiyalar tərəfindən Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün icra edilən siyasi məqsəd.
2016-cı il iyunun 23-də Britaniyada keçiriləcək referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmamasına dair qərar qəbul edib.[1] Rəsmi nəticələrə əsasən Birləşmiş Krallıq Aİ-dən çıxmağı seçib.[2]
Haqqında
Britaniya 28 ölkədən ibarət qrupu tərk etməlidir. Bu proses Brexit adlanır. Devid Kemeron Avropa İttiaqından güzəştlər əldə etmişdir. Razılaşmaya görə, Britaniya avrozonadan kənar qaldığı üçün ayrıseçkiliyə məruz qalmayacağına dair zəmanət almışdır.
Son tətqiqatlar göstərir ki, çıxışın leyhinə əsas etibarı ilə konservativ baxışlara malik yaşlı adamlar səs vermədilər. Əleyhinə isə səslər daha çox gənclər və əhalinin iqtisadi cəhətdən fəal hissəsi nə aiddir. O vaxtdan Aİ və Böyük Britaniya arasında ayrılığın şərtləri barədə danışıqlar gedir.
Brexit Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Brexit sözü Yunanıstanın Avrozonanı potensial tərketmə prosesinə verilmiş “Grexit” sözündən götürülüb.
İyunun 23-də (2016) britaniyalı seçicilər AB tərk etməyə səs verib. Beləki əhalinin 51,9% Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına 48,1%-i isə qalmasına səs vermışdir.Hökumətin 29 mart 2019-cu ildə saat 23:00-da ittifaqı tərk etməsi gözlənilirdi.Lakin hakim partiyar araında yaranan münaqişələr nəticəsində ittifaqdan çıxış tarixi uzadıldı.Bunun nəticəsində ölkədə yeni siyasi münaqişə yarandı. Yaranan narazılıq nəticəsində Tereza Mey 24 may 2019-cu ildə istefa verdi
Referendumda qoyulmuş sual
“Birləşmiş Krallıq AB- nin üzvü kimi qalmalı, yoxsa AB-ni tərk etməlidir” Britaniya seçki siyasi tərəfindən təklif olunan bu sual hokümət və parlament tərəfindən təsdiq olunub.
Mühümlüyü
Britaniyanın AB-dən çıxmasının tərəfdarları düşünürlər ki, bu addım Britaniyanı iş yerlərinin açılmasına mane olan qərarlardan azad etməklə yanaşı ölkənin öz qanunlarını və ticarət tərəfdarlarını seçməsinə imkan yaradacaq. Avropa Birliyinin tərəfdarları isə qurumda qalmaqla ölkənin qlobal təsir imkanlarının, eləcə də hərbi və iqtisadi təhlükəsizliyini təmin edəcəyini bildirir.
Seçicilər
Yaşi 18 azı yuxarıdan bütün Britaniya vətəndaşları Brexit referendumun da iştirak imkanı əldə etmişdir. Buraya Britaniya və 53 üzv ştatdan ibarət olan hökümətlər arası qrup Xalqlar Birliyi daxildir. Səsvermə başa çatdıqdan sonra 2 illik keçid müddəti müəyyən olunmuşdur. 2015-ci ildə keçirilən seçkilərin qalibi olan Devid Kemeron bütün krallıq ərazisində 2017-ci ilin sonunadək Britaniyanı ittifaq daxilində qalması və ya onu tərk etməsi ilə bağlı referendum keçiriləcəyinə söz verdi. Son bir neçə il ərzində Avropanın miqrant axınlarına məruz qalması və bunun Britaniyanın təhlükəsizliyinə mənfi təsir göstərməsi referendum və avroskeptik tərəfdarlarının artmasına səbəb olmuşdur. 2015-ci ilin sonunda Avropa Birliyinin Britaniyanin ittifaqdan ayrılmasının qarşısını almaq üçün Devid Kemeron danışıqlara başladı. 2016-cı ilin fevralında Avropa İttifaqının zirvə toplantısında hər 2 tərəf arasında saziş imzaladı. Paketə daxil olan ən mühüm məsələ Avropa İttifaqının şərq sərhədlərindən adaya gələn miqrantların ilk 4 il ərzində sosial yardımlardan kənar qalmasıdır. Yalnız bu vaxt məhdudiyyəti bitdikdən sonra hər hansı sosial yardım tələbi yerinə yetirilə bilər.
Digər məsələ üzv dövlətlərinin parlamentlərinin 100/55 - nin Avropa İttifaqının qəbul etdiyi qərarları dayandırması və dəyişdirməsinə icazə verən “ qırmızı kart” sisteminin tətbiqi idi.
Təklif edilən digər qərar isə Avrozonaya daxil olmayan 9 ölkənin bu bölgə ilə bağlı qəbul edilən qərarlara narahatçılıqlarını bildirə və zəmanət ala biləcəklələri sistemin yaradılması idi.
D.K referendumda əhalinin A.İ qalması üçünn təşviqat kompaniyası aparacağını bildirmişdi.
Brexit-in ən önəmli səbəbləri
Suverenlik
Böyük Britaniya Lissoban müqaviləsi uyğun olaraq 1 sıra səlahiyyətlərini Brüsselə təhvil vermişdir. Ölkədə qanunverici hakimiyyətin xalq tərəfindən seçilən parlament tərəfindən icra edilməsinə baxmayaraq son sözü Brussel söyləyir. Bu hal ittifaqı tərk etmək üçün ən boyük bəhanə idi. Böyük Britaniya Aİ Nazirlər məclisinə qarşı səs vermək və onları veto etmək hüququ var. Eyni zamanda B.Britaniya Avropa Ədalət Məhkəməsinə tabe olmaq məcburiyyətindədir və heç kim bu qərarları poza bilməz.
Britaniya müstəqilliyi üçün önəm kəsb edən vergi, maliyyə, miqrasiya və sair məsələlərdə azad faəliyyət göstərmişdir.Breksit tərəfdarları verilmiş bütün səlahiyyətlərin ölkəyə qaytarılmasını tələb edirlər. Yalnız belə olan halda dövlət öz əzəmətini qoruyub saxlaya bilər.
Miqrasiya
Britaniyada referendumun keçirilməsinə və Aİ-ni tərk etmək istəyənlərin qalib gəlməsinə təsir göstərən amil son illərdə ölkənin miqrant axınlarına məruz qalmasıdır.
Aİ daxilində yaşayan insanların hər hansı bir ölkəyə sərbəst daxil olmasına və orada işçi kimi qalmasına icazə verilir. Britaniya da azad hərəkət haqqında qanuna tabedir. Krallığa gəlmiş miqrantlar yüksək təhsilli ixtisaslı olması ilə seçilir. Bəzi Brexit tərəfdarları gəlmələrin iş yerlərini ələ keçirməsi, iş yerlərinin azalmasına səbəb olduqlarını düşünürlər.
Avropaya gəlmiş miqrantların sayının artması Britaniyanın təhlükəsizliyinə mənfi təsirin digər səbəbdir.
Təhlükəsizlik
Avropada “açıq qapı” siyasətinin aparılması sürgün sisteminin fəaliyyət göstərməsi narahatlıqları artırmışdır. 2011-ci ildən etibarən Suriyada vətəndaş müharibəsinə görə Avropaya üz tutan qaçqınlar sürgün zamanı ölkələrinə mənfi təsir göstərmişdir.
İstinadlar
- "Britaniyada Aİ referendumu: Suallar və cavablar". www.bbc.com. BBC. 2017-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
- "Birləşmiş Krallıq Aİ-dən çıxmağı seçdi". www.bbc.com. BBC. 2016-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.