Böyük Britaniya Qran-prisi
Böyük Britaniya Qran-prisi (ing. British Grand Prix) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələrindən biri.
Ümumi məlumat
Britaniya Qran-prisi ilk dəfə 1926-cı ildə Bruklends trasında keçirilmişdir. Bruklends trası 1907-tikilib, avtoidman üçün yaradılmış ilk sahə və Britaniyada ilk avtodromlardan biridir.
1948-ci ildə yarış Northemptonşir qraflığında, Silverstoun kəndi yaxınlığındakı eyni adlı trasda keçirilir. Elə bu trasda 1950-ci ildə keçirilmiş qran-pri Formula-1 tarixində ilk çempionatdır.
Ümumilikdə Britaniya Qran-prisinin keçirildiyi tras bir-neçə dəfə dəyişdirilib. Silverstoun trası 1948-ci ildən etibarən müəyyən fasilələrlə indiyə kimi istismar edilir. 1955-1962-ci illərdə Eyntri, 1964-1986-cı illər aralığında isə Brends-Hetç traslarından istifadə edilmişdir.
Qaliblər
Pilotlar
Qələbə sayı | Pilot | İl |
---|---|---|
7 | Lyuis Hemilton | 2008, 2014, 2015, 2016, 2017, 2019, 2020 |
5 | Cim Klark | 1962, 1963,1964,1965,1967 |
Alen Prost | 1983, 1985, 1989, 1990, 1993 | |
4 | Naycel Mensel | 1986, 1987, 1991, 1992 |
3 | Cek Brebem | 1959, 1960, 1966 |
Niki Lauda | 1976, 1982, 1984 | |
Mihael Şumaxer | 1998, 2002, 2004 | |
2 | Alberto Askari | 1952, 1953 |
Xose-Froylan Qonzalez | 1951, 1954 | |
Stirlinq Moss | 1955,1957 | |
Ceki Styuart | 1969, 1971 | |
Emerson Fittipaldi | 1972, 1975 | |
Jak Vilnyov | 1996, 1997 | |
Devid Kulthard | 1999, 2000 | |
Fernando Alonso | 2006, 2011 | |
Mark Vebber | 2010, 2012 | |
Sebastyan Fettel | 2009, 2018 |
Komandalar
Qələbə sayı | Komanda | İl |
---|---|---|
17 | Ferrari | 1951, 1952, 1953, 1954, 1958, 1961, 1976, 1978, 1990, 1998, 2002, 2003, 2004, 2007, 2011, 2018 |
14 | McLaren | 1973, 1975, 1977, 1981, 1982, 1984, 1985, 1988, 1989, 1999, 2000, 2001, 2005, 2008 |
10 | Williams | 1979, 1980, 1986, 1987, 1991, 1992, 1993, 1994, 1996, 1997 |
8 | Lotus | 1962, 1963, 1964, 1965, 1967, 1968, 1970, 1972 |
Mercedes | 1955, 2013, 2014, 2015, 2016, 2017, 2019, 2020 | |
3 | Red Bull | 2009, 2010, 2012 |
2 | Delage | 1926, 1927 |
Maserati | 1948, 1949 | |
Cooper | 1959, 1960 | |
Tyrrell | 1971, 1974 | |
Renault | 1983, 2006 | |