Böyük Birlik Partiyası
Böyük Birlik Partiyası (qısalt. BBP) - 29 yanvar 1993-cü il tarixində Möhsün Yazıçıoğlu tərəfindən qurulan və mühafizəkarlığın ağır basdığı bir milliyətçilik fikrini qəbul edən siyasi partiya.[1]
Sədri | Mustafa Dəstici |
---|---|
Qurucu | Möhsün Yazıçıoğlu |
Quruluş tarixi | 29 yanvar 1993 |
Baş qərargah | Yəminməhəllə (İl), Ankara |
İdeologiya |
|
İdeoloji spektr | ifrat sağçılıq, sağçılıq |
Müttəfiqlər | Ədalət və İnkişaf Partiyası |
Parlamentdə |
0 / 600 |
Bələdiyyədə |
|
Saytı | bbp.org.tr |
Partiya 7 iyul 1992-ci il bazar günü Möhsün Yazıçıoğlu, Ökkəş Şəndillər, İsmət Gür, Saffət Topaktaş, Əhməd Özdəmir və Əsəd Bütün daxil olduğu 6 millət vəkili, prezidentlik şurası üzvləri, bir çox il, ilçə və daha kiçik yaşayış yerlərindəki təşkilat liderləri, yüksək rütbəli idarəçiləri istefası ilə başlayan prosesin sonunda qurulmuşdur. Simvolu aypara içərisində güldür. Hələ də fəal olan partiya öz siyasi baxışını Türk-İslam Birliyi ideologiyasına əsaslandırır.
İstinadlar
- "Böyük Birlik Partiyasının saytında". 2015-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
Xarici keçidlər
- Rəsmi saytı (türk.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.