Böyük Bandunq
Böyük Bandunq metropol sahəsi (ind. Kawasan metropolitan Bandung Raya) — Bandunq və Qərbi Yavanı əhatə edən metropol.[1] 2014-cü ildə əhali 8,5 milyon idi və Niderland Ost-Hindi dövründə Mərkəzi Prianda Rezidenturası rəhbərliyinin əvvəlki hissələrindən və şəhərlərindən ibarət idi.
Metropol | |
Böyük Bandunq metropol sahəsi | |
---|---|
ind. Kawasan metropolitan Bandung Raya | |
6°55′26″ c. e. 107°36′23″ ş. u. | |
Ölkə | İndoneziya |
Tabesində | Bandunq,Cimahi, Bandunq inzibati ərazisi,Qərbi Bandunq inzibati ərazisi |
Əyalət | Qərbi Yava |
Tarixi və coğrafiyası | |
Sahəsi | 3,280.27 km² |
Mərkəzin hündürlüyü | 2608 m |
Saat qurşağı | UTC+7 |
Əhalisi | |
Əhalisi | 8,231,586 nəfər (2015) |
Sıxlığı | 1781.3 nəf./km² |
Rəsmi dili | İndoneziya dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (62)22 |
Poçt indeksi | 40xxx |
Nəqliyyat kodu | D |
Digər | |
metropolitan.jabarprov.go.id | |
|
Bandunqun Kertacati Beynəlxalq Hava Limanı, Aerotropol ( infrastruktur və iqtisadiyyatın multimodal "hava limanı şəhəri" ticarət nüvəsi kimi xidmət edən hər hansı hava limanında mərkəzləşmiş bir metropol subregionudur.) və Patimban Beynəlxalq Dəniz Portu[2] arasında şəhər ərazilərində davamlı inkişaf səbəbiylə Qərbi Yava əyalət hökuməti və Regional Planlaşdırma İdarəsi yeni təyin olunmuş ümumi sahəsi 5500 km2 -dən çox olan və 11 milyondan çox əhalisi olan Bandunq Metropol sahəsi üçün bir plan hazırlayıb yayımladı.Yeni metropol sahəsinə Subanq inzibati ərazisi və Macalenqka inzibati ərazisinin hissələriylə bütün Sumedanq inzibati ərazisi daxildir və Cirebon metropolitan sahəsini əhatə edir. Birlikdə iki metro sahəsi 14 milyondan çox insanı əhatə edir.[3]
Məkan
Bandunq Qərbi Yava əyalətinin mərkəzi-qərb hissəsində dağlıq plato ərazisində yerləşir və İndoneziyada metropollar içində üçüncü ən yüksək əhalisinə malikdir.
Qərbi Yava şəhər dəhlizi
Bandunq metropol sahəsi Ciancur şəhəri yaxınlığında Böyük Cakarta ("Cabodetabek") metropolunun şərq kənarından 20 km-dən az olan məsafədən başlayır Cakartanın genişləndirilmiş metropolunun Purvakarta inzibati ərazisi ilə şimal sərhədində yerləşən Cabodetabekcur-Ciranqkarta məntəqəsi ilə bitişikdir.Bantendəki Seranq inzibati ərazisindən Böyük Bandunqa metropoluna uzanan şəhər dəhlizi 44 milyondan çox insana ev sahibliyi edir.
Təyinat
Bandunq Metropol sahəsi rəsmi Bandunq inzibati ərazisi və Qərbi Bandunq inzibati ərazisi (2007-ci ilədək Bandunq inzibati ərazisinin tərkibində olmuşdur), Bandunq və Cimahi şəhərlərini əhatə edən metropol olaraq müəyyən edilib.
# | İnzibati bölgü | Sahə (kv.km) 2005[4] | Əhalinin siyahıya alınması 2010[5] | Əhalinin rəsmi təsdiqi 2015 | Əhalinin sıxlığı (/kv.km 2015) |
---|---|---|---|---|---|
1 | Bandunq şəhəri | 167.27 | 2,394,873 | 2,481,469 | 14,835 |
2 | Cimahi şəhəri | 39.27 | 541,177 | 586,580 | 14,937 |
3 | Bandunq inzibati ərazisi | 1,767.96 | 3,178,543 | 3,534,114 | 1,999 |
4 | Qərbi Bandunq inzibati ərazisi | 1,305.77 | 1,510,284 | 1,629,423 | 1,248 |
Metropol sahəsi | 3,280.27 | 7,624,877 | 8,231,586 | 2,509 |
İstinadlar
- "Arxivlənmiş surət" (PDF). 2013-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.
- Yoesoef Adji. "Pelabuhan Patimban Siap Gantikan Cilamaya". April 26, 2016. November 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2018.
- "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.
- "Archived copy". 2013-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-08. Indonesia.go.id: for area and http://www.jabarprov.go.id/jabar/public/85701/menu.htm?id=85701 Arxivləşdirilib 2019-01-06 at the Wayback Machine Javabarat.go.id for population
- Publikasi Provinsi dan Kabupaten Hasil Sementara SP2010 Arxivləşdirilib 2010-10-13 at the Wayback Machine