Böyük Əmili
Böyük Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Böyük Əmili | |
---|---|
40°51′29″ şm. e. 47°44′27″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 389 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3635 |
|
Toponimikası
Birinci komponent oykonimi indi mövcud olmayan Kiçik Əmili kəndindən fərqləndirmək üçündür. Əmili komponenti isə toponimiyada türk mənşəli Kiməklərin yeddi qolundan biri olan İmi (Eymi, Eymir, Eymür) etnonimi ilə əlaqələndirilir.[1]
Coğrafiyası və iqlimi
Kənd Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ-Ağdaş şose yolunun kənarında, Əmirvan silsiləsinin cənub ətəyində yerləşir.
Əhalisi
Kənddə 1200 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Kənd əhalisi maldarlıq, tərəvəz və taxıl əkini ilə məşğuldur. Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır.[2]
Mədəniyyəti
Kənddə 1000 nəfərlik tutumu olan, süni örtüyə malik futbol stadionu da vardır[3].
İstinadlar
- Böyük Əmili // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- "Qəbələ rayon Böyük Əmili kənd stadionu". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.