Böyük Şantar

Böyük Şantar adasıŞantar adaları qrupuna daxil olan ən böyük ada. Ada 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları"[2] yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir[3]. Ada Oxot dənizi suları ilə əhatlənmişdir. İnzibati cəhətdən isə Rusiya Federasiyasının Xabarovsk diyarı ərazisinə daxildir. Adanın şimal-şərqində Yakşin körfəzi sahilində meteoroloji stansiya yerləşir.

Böyük Şantar adası
rus. Большой Шантар
Ümumi məlumatlar
Sahəsi
  • 1.766 km²
Hündür nöqtəsi 720 м[1]
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
54°56′ şm. e. 137°30′ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Böyük Şantar adası xəritədə
Böyük Şantar adası
Böyük Şantar adası

Ümumi məlumat

Adanın sahəsi 1766 km² təşkil edir. Ada şimaldan cənuba 65 kilometr, şərqdən qərbə isə 55-ci paralel boyunca 47 kilometr[4]. Adanın şimalında Severnı, cənubunda Filipp, qərbində Radujnıy, mərqində isə Şimal-Şərq burunkarı yerləşir.

Adanın şimal-şərqində Bolşoye gölü yerləşir. Göl ensoz boğazla dənizlə birləşir. Gölə Olenya çayı tökükür. Cənub-qərbində Yaşın körfəzi yerləşir (quba)[5]. Körfəzə iki iri çay tökülür: Böyük Anaur və Yaşın. Müəyyən dövrlərdə körfəzin sahəsi quruyur[6].

Adanın ən hündür nöqtəsi 701 metr olan Veselya dağıdır, Digər zirvələri: Anaur d. (637 m), Suxaya d. (586 m), Amuka d. (565 m), Filipp dağı (532 m).

Adanın böyük qism ərazisi iynə yarpaqlı meşələrlə örtülüdür. Meşələrin əsasını KüknarAvropa qara şamı təşkil edir. Cənubunda tozağacıqızılağac kimilərinə rast gəlinir. Bolşoye gölündə Hypomesus japonicus və Hypomesus olidus[7] növləri yaşayır.

Şantar adaları qoruğu

Bölgədə ilk qoruğun yaradılması fikiri 1975-ci ilə təsadüf edir. 1999 ildə № 249 qərarla Şantar adaları yasaqlıq elan edilir[8]. 15 il sonra yasaqlığın yerində milli park yaradılır[9][10].

2014 ildə milli park "ancaq kağız üzərində" olaraq qalırdı. Park ərazisində çoxlu sayda işlərin görülməsi planlaşdırılır. Gələcəkdə parkın işləri üçün 30 milyon rubl xərclənməsi planlaşdırılır[11]. Gələcəkdə parkın səmərəli şəkildə idarə edilməsi məqsədi ilə 30 işçinin işəməsi planlaşdırılır.

Bir çox faktlar

  • Ada kompüter oyunu olan Grand Theft Auto IV-də Shitster proqramının baş qərargahı olaraq göstərilir.
  • SSRİ dönəmində adada hərbi hissə mövcud olmuşdur[6].

Diomid daşları

2,5 km[4] cənubda, Filipp burnu yaxınlığında Diomid Daşları adlı ada yerləşir (qaya)[1].

İstinadlar

  1. "Лист карты N53". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  2. "ПОСТАНОВЛЕНИЕ Главы администрации Хабаровского края от 23.06.1999 N 249 "ОБ ОРГАНИЗАЦИИ ГОСУДАРСТВЕННОГО ПРИРОДНОГО ЗАКАЗНИКА ФЕДЕРАЛЬНОГО ЗНАЧЕНИЯ "ШАНТАРСКИЕ ОСТРОВА" НА ТЕРРИТОРИИ ТУГУРО-ЧУМИКАНСКОГО РАЙОНА ХАБАРОВСКОГО КРАЯ"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  3. "Постановление Правительства РФ от 30 декабря 2013 года № 1304". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.
  4. "Yandeks xəritələrinə görə ölçülmüşdür". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  5. V. Lapin SAXALİN KÖRFƏZİ
  6. "Путешествия и рыбалка на Дальнем Востоке России". 2013-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  7. "M. Yu. Pichugin and M. B. Skopets Smelts of the Genus Hypomesus of Lake Bolshoe, Bolshoi Shantar Island". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  8. "Xabarov diyarı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  9. "Arxivlənmiş surət". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  10. "Şantar adaları milli park elan edilir". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  11. "Parkın formalaşmasına 30 milyon rubl ayrılır". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.