Böyük İşıqlı
Böyük İşıqlı (erm. Մեծ Իշխանասար) vulkanı - Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir.[1] Böyük İşıqlı yatmış vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir.[2] Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir.[3]
Böyük İşıqlı | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Növü | Yatmış vulkan |
Vulkan forması | Stratovulkan |
Son püskürmə | Naməlum |
Mütləq hündürlüyü | 3552 m |
Yerləşməsi | |
39°35′05″ şm. e. 46°10′35″ ş. u. | |
Ölkə |
![]() ![]() |
Rayon |
Laçın rayonu Sünik mərzi |
| |
|
|
![]() |
Böyük İşıqlı dağı Ermənistanla sərhəddə yerləşir. Qarabağ yaylasında ən yüksək zirvələrdən biridir. İşıqlı komponenti dağın (başı daim qarla ortulu olduğundan) işıq saçdığını, parıldadığını bildirir.[4]
Mənbə
- 8-ci siniflər üçün dərslik. Azərbaycan Respublikasının Fiziki Coğrafiyası. Təhsil. Bakı-2011 Səh.17
İstinadlar
- "Oroqrafiya və yüksəklik qurşaqları". 2015-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- "Kiçik Qafqaz vilayətinin geologiyası". 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
- "Qaragöl Dövlət Təbiət Qoruğu". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
- Böyük İşıqlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.