Börü Əhmədov

Börü Əhmədoviç Əhmədov (özb. Boʻriboy Ahmed o'g'li Ahmedov, 1924, Əndican vilayəti2002, Daşkənd) — Özbəkistan tarixçisi, şərqşünası, Qırğızıstan Tarixi Cəmiyyətinin fəxri professoru, Elmlər Akademiyasının akademiki (1995).

Börü Əhmədov
Boʻriboy Ahmed o'g'li Ahmedov
Doğum tarixi 1924
Doğum yeri
Vəfat tarixi 2002
Vəfat yeri
Milliyyəti özbək
Elm sahəsi tarix
Elmi dərəcəsi
Elmi adı
Mükafatları "Dostluq" ordeni "Böyük xidmətlərə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Böyük özbək alimi, şərqşünas Börü Əhmədoviç Əhmədov (1924–2002) türk xalqlarının tarixinin öyrənilməsində mühüm addımlar atmışdır. Fars mənbələri üzrə ixtisaslaşmış tarix elmləri doktoru, professor B. Əhmədov Özbəkistan, Qırğızıstan Milli Universiteti, Qırğızıstan Tarixi Cəmiyyətinin fəxri professoru, Elmlər Akademiyasının akademiki (1995) və fəxri üzvü olmuşdur.

Böyük alim B. Əhmədovun əsərlərinin Azərbaycan tarixşünaslığı üçün də böyük əhəmiyyəti vardır. Belə ki, tarixçinin Mərkəzi Asiya dövlətlərinin tarixinin öyrənilməsi ilə bağlı əsərlərində Azərbaycanın Səfəvi dövrü tarixinə dair maraqlı fakt və materiallara da rast gəlinir. Bunu səbəb göstərərək böyük özbək alimini türk xalqlarının müştərək tarixçisi kimi adlandıra bilərik. Bəlxə dair mühüm tədqiqat əsərində mühümfakt və materiallar vardır ki, onlar Azərbaycan Səfəvi dövlətinin tarixinin araşdırılmasında xüsusi yeri vardır.

Böyük tarixçinin araşdırmalarında bir sıra tarixi problemlərə fərqli münasibətini də görürük. Həştərxanilər sülaləsinin Buxara taxtına sahib olmaları ilə bağlı tarixçi B. A. Əhmədov fərqli mülahizə irəli sürür. Onun fikrinə görə, h.1006-cı ildən (1598) h. 1009-cu ilə qədər (1601) bütün özbəklərin ali hökmdarı Abdulla xanın qardaşı Süleyman xanın oğlu II Pir Məhəmməd xan olmuş, Həştərxanilər sülaləsi isə h.1009-cu ildə (1601) hakimiyyətə gəlmişdir. Müəllifin fikrinə görə, Buxarada Həştərxanilər sülaləsinin ilk hökmdarı Canı xan olmuş, onun ölümündən sonra (18 noyabr 1603) hakimiyyətə oğlu Baki Məhəmməd gəlmişdir. Bəzi tədqiqatçıların fikirlərinə əsasən, Əbdülmömin xanın ölümündən sonra, 1599-cu ildə Canı xan özbək əmirlərinin təklifini rədd etdikdən sonra o zaman qızılbaşların mühasirəyə aldığı Abuvərddə olan böyük oğlu Din Məhəmməd xan elan edilmiş, lakin o, Buxaraya gələrkən öldüyü üçün onun qardaşı Baki Məhəmməd xan taxta çıxarılmış, Vəli Məhəmməd isə varis kimi təsdiq edilmişdi. Verilmiş fərqli mülahizənin əksinə olaraq, B. Əhmədov hesab edir ki, Səfəvilər öz nümayəndəsini hakimiyyətə gətirmişlər. Onu da qeyd etməliyik ki, elə məsələlər var ki, B. A. Əhmədovun fikirləri Səfəvi dövrünün mənbələrində öz təsdiqini tapır. Buna misal olaraq onu deyə bilərik ki, İsgəndər bəy Münşi Əbdülmömin xanın ölümündən sonra Buxarada Pir Məhəmməd xanın taxta çıxarıldığını, Bəlxdə isə Abdulla xanın qardaşı İbadulla xanın oğlu Əbdüləminin hakimiyyətə gətirildiyini qeyd etmişdir. Hətta Heratın qaytarılmasından sonra h.1008-ci ildə (1599–1600) Şah Abbas yenidən Xorasana gələrkən Pir Məhəmməd xanın elçilərinin Səfəviləri Xorasanın fəthi münasibətilə təbrik etməsi faktı da bu fikrin doğruluğuna dəlalət edir. Həştərxanilər sülaləsinin hakimiyyətə gəlişi ilə bağlı fikirlərin haçalanması Əbdülmömin xanın ölümündən sonra ayrı-ayrı feodal qruplaşmalarının müxtəlif bölgələrdə öz namizədlərini xan elan etməsi ilə bağlı olmuşdur.

Əsərləri

  1. Государство кочевых узбеков. М., 1965.
  2. Əhmədov B. Ə. 1579–1581-ci illər ekspedisiyası və İngiltərəAzərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri // S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. Bakı, 1967, № 3, s.87–93.
  3. Əhmədov B. Ə. XVII əsrin birinci yarısında İngiltərənin Şərq siyasəti. Bakı: Nafta press, 1998, 234 s.
  4. История Балха (XVI-первая половина XVIII вв.). Т., 1982.
  5. Ахмедов Б.А. Третья экспедиция англичан в государство Сефевидов (1565–1567 годы) // Ученые записки АГУ им. С.М.Кирова, серия исторических наук, 1966, № 8, с.90–97;
  6. O‘zbeklarning kelib chiqishi tarixidan, T., 1963;
  7. O‘zbekiston tarixi manbalari, T., 1986;
  8. O‘zbek ulusi, T., 1992;
  9. Tarixdan saboqlar, T., 1994.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.