Aztelekom
Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti ― Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti.[1]
"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1992 |
Əvvəlki adı | "Aztelekom” İstehsalat Birliyi |
Baş qərargahın yeri | Bakı, Tbilisi pr., 187 AZ 1122 |
aztelekom.az |
“Aztelekom” MMC Azərbaycan Respublikasının Milli rabitə operatorudur. Fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.
"Aztelekom” İstehsalat Birliyi stasionar telefonlardan ünsiyyətin təmin edilməsi məqsədi ilə 2005-ci ildə portativ daşınan telefon CDMA simsiz rabitə xidməti[2][3][4] istismara verilmişdir.[5][6][7]
"Aztelekom" İB 2015-ci ildə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir.[8]
Hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi, Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir.[9][10]
"Aztelekom" MMC respublikanın regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər həyata keçirir.
Tarixi
Azərbaycanda telefon rabitəsi 1881-ci ildə "Nobel qardaşları cəmiyyəti" tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır.[11] Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər mərkəzində deyil, həmçinin şəhərətrafı bölgələrlə, kəndlərlə telefon əlaqəsi yaradılmışdır. İlkin olaraq, 1933-cü ildə Bakı Şəhərlərarası Telefon Stansiyası Bakı Şəhər Telefon Stansiyasından ayrılaraq sərbəst struktur kimi fəaliyyətə başlamışdır.[12] Növbəti illərdə respublikanın bütün şəhər və kəndlərində rabitə əlaqəsinin yaradılması istiqamətində mühüm addımlar atılırdı. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır. 2004-cü ildə "Aztelekom"un internet provayderi regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq yaradıldı.
"Aztelekom" İstehsalat Birliyi 2015-ci ildə Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Hazırda "Aztelekom" öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan Aztelekom fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif telekommunikasiya xidmətlərini göstərir.[9][10]
2019-cu ildə "Aztelekom" MMC "Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı" üzrə İSO 9001:2015 sertifikatını əldə edib.
Xidmətləri
- Beynəlxalq və şəhərlərarası telefon rabitəsi (sifarişlə beynəlxalq və şəhərlərarası telefon rabitəsi, Video-konfrans rabitə, TAC Kart universal danışıq sistemi);
- Bakı şəhəri və Naxçıvan MR istisna omaqla, bütün ölkə ərazisində loкal telefon rabitəsi (57 yerli Telekommunikasiya müəssisəsinin 89 məntəqəsində 108 mərkəzi və 1129 kənd (qəsəbə) ATS, 23 ATS (38 baza stansiyası) üzərindən 44 bölgə üzrə respublikanın əhali məskunlaşmış ərazisinin 80%-ində CDMA[2][3][4] standartlı simsiz telefon rabitəsi, İP telefoniya və İP-TV xidmətləri);
- İnternet xidmətləri (genişzolaqlı və ayrılmış xətlə internet).
İstinadlar
- "Nazirliyin tabeliyində olan qurumlar". RİNN. mincom.gov.az.
- "Simsiz rabitə xidməti- CDMA". 12-10-2017. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- "AZERFON CREATES ALL CONDITIONS TO TRANSFER CATEL SUBSCRIBERS TO ITS NETWORK" (ingilis). 25 JULY 2011. 6 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.
- "CDMA operator Catel to be run by two local firms" (ingilis). 4 May 2011. 6 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.
- "CDMA TEXNOLOGİYALI SİMSİZ RABİTƏ XİDMƏTİ GENİŞLƏNİR". Azərtac. 24.10.2007.
- "Qəsəbələrdə simsiz rabitə xidməti stansiyaları qurulur". 19 oktyabr 2015. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- "Azerbaijani telephone operator seeking to introduce CDMA". 10 February 2012. 6 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.
- "Azərbaycan Respublikası: Dövlətəməxsus Müəssisələrdə Korporativ İdarəetməvə Mülkiyyət" (PDF). 2017. 2023-09-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-06.
- "Azərbaycanın milli rabitə operatoru 555 min manata "outstaffing" xidməti aldı". 17/09/2020. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- "Azərbaycanın milli rabitə operatoru olan "Aztelekom"un gəlirləri azalıb". 2020-08-24. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- "Bakıda telefon rabitəsi necə əmələ gəldi". İyul 14, 2022. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
- Sənan, Sərxan. "Telefon rabitəsi - İKT - Rəqəmsal inkişaf". 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
Mənbə
- http://news.lent.az/news/46215 Arxivləşdirilib 2017-02-28 at the Wayback Machine
- http://melumat-merkezi.com/index.php?newsid=104
- http://www.ictnews.az/read-32373-news-1.html
- http://azertag.az/xeber/Aztelekom_Istehsalat_Birliyi_internet_xidmeti_ile_bagli_yeni_kampaniyaya_baslamisdir-20084
- http://www.xeber.info/news/olke/11424-llik-gliri-150-milyon-manatdan-ox-olan-aztelekom-stehsalat-birliyi-bu-gn-lknin-nhng-irktlri-srasnda-yer-alr.html%5B%5D
- http://www.yeniaxtaris.az/2014/11/aztelekom-r%C9%99hb%C9%99ri-haqda-mudhis-dosye/ Arxivləşdirilib 2014-12-01 at the Wayback Machine
Xarici keçidlər
- aztelekom.az — Aztelekomun rəsmi saytı
- Aztelekom LLC
- "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Lənkəran Telekommunikasiya Qovşağı
- “Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirir
- “Aztelekom” MMC biznes və əməliyyatlara dəstək sistemlərini müasirləşdirir