Azerbaijan Today (jurnal)
Аzerbaijan Today — jurnal, Azərbaycanda ilk müstəqil beynəlxalq mətbuat orqanı.
Azerbaijan Today | |
---|---|
![]() | |
Baş redaktor | Rövşən Tahir oğlu Paşazadə. |
Tiraj | 5000 |
Təsisçi | Rövşən Tahir oğlu Paşazadə. |
Təsis tarixi | 2000 |
Dil | ingilis dili |
azerbaijantoday.az |
Tarixi
Beynəlxalq jurnal 2000-ci ildən Azərbaycanda ingilis dilində ilk müstəqil beynəlxalq mətbuat orqanıdır.
Haqqında
Jurnalın məramı Azərbaycanda iqtisadi-siyasi-mədəni həyatında qazandığı uğurları, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, o cümlədən xarici iş adamlarını Azərbaycana cəlb etmək olmuş və bu istiqamətdə bir sıra diqqətçəkən işlər görmüşdür.
Azerbaijan Today Azərbaycanda akreditasiya olunmuş diplomatik missiyaların, fəaliyyət göstərən xarici şirkətlərin böyük əksəriyyəti ilə əlaqələr qurmuş, Avropa İttifaqının rəhbərliyi, ABŞ, Norveç, İsveçrə, Fransa, Avstriya, İtaliya, İngiltərə və Almaniya hökümətləri ilə birgə layihələr həyata keçirmiş, Avropada və ABŞ-də 2000-dən daimi abunəçi toplamışdır ki, bu da jurnalın beynəlxalq nüfuzundan xəbər verir.