Azerbaijan Digital Hub

Azerbaijan Digital Hub (Azərbaycan Rəqəmsal Mərkəzi) – Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən proqramdır.

"Azerbaijan Digital Hub"
Ümumi məlumatlar
Sənaye Telekommunikasiya
Baş qərargahın yeri Bakı Bakı
Azərbaycan Azərbaycan

Proqram haqqında

"Azerbaijan Digital Hub" proqramı (Azərbaycan Rəqəmsal Məkəzi) Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi məqsədilə AzerTelecom şirkəti tərəfindən icra olunur. Poqramın icrasına 2018-ci ildə başlanılıb[1].

"Azerbaijan Digital Hub" proqramının əsas hədəfi Azərbaycanda "Rəqəmsal Mərkəz" yaratmaq, ölkəni Qafqaz,MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionalar üçün "Made in Azerbaijan" brendi altında müxtəlif rəqəmsal xidmətlərin istehsalçısı və ixracatçısına çevirmək, dünyanın İnternet xəritəsinə Frankfurt, Moskva, Sofiya, Amsterdam, London və s. kimi şəhərlərlə yanaşı Bakı şəhərini də yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə etməkdir[2].

"Azerbaijan Digital Hub" proqramı çərçivəsində yaradılacaq Rəqəmsal Mərkəz dünya əhalisinin dörddə birini[3] (1.8 milyard) müxtəlif rəqəmsal xidmətlərlə təmin edəcək. Bu isə özlüyündə Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə təminat yaradacaq.

Proqramın reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək.

Proqramın icra mərhələləri

Proqram 3 mərhələdən ibarətdir:

Birinci mərhələ ölkə daxilində və xaricində infrastruktur quruculuğunu nəzərədə tutur.

Bu mərhələ Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə "Rəqəmsal İpək Yolu"nun (Digital Silk Way)[4][5] formalaşmasını, Xəzər dənizinin dibi ilə Azərbaycanla Qazaxıstan[6][7][8] və Türkmənistan[9] arasında fiber-optik kabel xəttinin çəkilməsini (Transxəzər Fiber-Optik Kabel Xətti), ölkə daxilində magistral fiber-optik kabel xətlərinin çəkilməsini nəzərdə tutur.[10][11][12][13][14].

Ölkə daxilində dayanıqlı fiber optik infrastruktur qurulması üçün "AzerTelecom" "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə ölkə daxilində dəmiryol xətlərinin mühafizə zolağı boyunca yeni dayanıqlı magistral fiber-optik kabel infrastrukturunun tikintisi layihəsinə başlayıb. Layihə imkan verəcək ki, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində olan magistral xətlər Azərbaycanda kəsişsin[15].

İkinci mərhələ Bakının dünyanın internet xəritəsinə daxil edilməsini, böyük kontent operatorları olan "Google", "Facebook", "Alibaba", "Apple", "Amazon", "Netflix" və digərlərinin Azərbaycana və regiona cəlb edilməsini nəzərədə tutur[16][17].

Üçüncü mərhələ regionda və ölkədə rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur[18].

Bu mərhələlərin icrası ilə Azərbayan Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevriləcək.

Xaricdə tanıtım

Proqram ölkə daxilində və xaricində bir sıra sərgilərdə təqdim edilib. Bunlar arasında xaricdə keçirilən biznes forumlar,[19] ölkə daxilində konfranslar,[20], Türkmənistanda keçirilmiş Turkmentel 2019 Telekom və İT Sənayesi sərgisi, I Xəzər İqtisadi Forumu[21], Baku Tel 2019 sərgisi[22], Davosda keçirilmiş Dünya İqtisadi Forumu (Davos Forumu) və s. vardır[23].

İstinadlar

  1. ""AzerTelecom" Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" proqramını icra edir – Azərbaycan qəzeti". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  2. "AzerTelecom реализовывает программу Azerbaijan Digital Hub — Инфрмационное Агентство Haqqin.az". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  3. "Азербайджан: от энергетического и транспортного центра к цифровому хабу — Инфрмационное Агентство Haqqin.az". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  4. "Rəqəmsal İpək Yolu regional inkişafa təkan verəcək — AZTV repotaj". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  5. "The Increasing Role of Azerbaijan as a Regional Digital Hub — The Jamestown Foundation". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  6. "Утверждено новое соглашение между Азербайджаном и Казахстаном". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  7. "China Daily:"Kazakh, Azerbaijani PMs launch construction of fiber optic links along the bottom of Caspian Sea"". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  8. "Sputniknews:"Казахстан и Азербайджан проложат цифровой "коридор" по дну Каспия"". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  9. "Баку и Ашхабад обсудили условия прокладки волоконно-оптического кабеля по дну Каспия". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  10. "Transxəzər Fiber Optik kabeli layihəsinin əhəmiyyəti REAL TV-nin "AZVİSİON" verilişində qeyd olunub". 2021-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  11. "Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı saziş imzalayıb". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  12. "Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi barədə Azərbaycan Dövlət Televiziyasının (AZTV) şərhi". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  13. "TransCaspian Fiber Optic layihəsi ARB TV-nin Günə Baxış verilişində təhlil edilib". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  14. "REAL TV-nin "Real İntervyu" verilişində Transxəzər Fiber-Optik kabel layihəsi müzakirə edilib". 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  15. "Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb". 2021-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  16. "- AZTV-nin Hədəf verilişində infrastruktur və rəqəmsal iqtisadiyyat quruculuğu müzakirə olunub". 2021-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  17. "Azerbaijan Digital Hub program aims at deepening digitalization of country's economy — AZERNEWS Newspaper". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  18. "Софтверная экспансия в действии: как азербайджанские компании выходят на мировой рынок — АНАЛИТИКА". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  19. ""Azerbaijan Digital HUB" proqramı İsveçrədə — TƏQDİM OLUNDU". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  20. Fuad Allahverdiyev: "Xəzəraltı fiber-optik kabel magistralının tikintisinə başlanacaq"
  21. "AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil olunub". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  22. ""AzerTelecom" "Bakutel 2019" sərgisində "Azerbaijan Digital Hub" proqramını təqdim edir". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  23. "AzerTelecom DAVOS 2020 tədbirində". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.