Azarol yemişan

Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Azarol yemişan
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Yarımfəsilə:
Triba:
Maleae
Yarımtriba:
Malinae
Növ:
Azarol yemişan
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  836599
NCBI  298644
EOL  1258189

Təbii yayılması

Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir.

Botaniki təsviri

Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır. İyul-sentyabrda meyvə verir.

Ekologiyası

Torpağa tələbkar deyildir. İstiyə və soyuğa davamlıdır. Kolluqlarda bitir.

Azərbaycanda yayılması

Respublikanın bəzi bölgələrində mədəni şəraitdə park və bağlarda rast gəlinir.

İstifadəsi

Qərbi Aralıq dənizi ölkələrində qədimdən meyvəli bitki kimi becərilir. Rusiyada və yaxın ölkələrdə azarol yemişanı becərilmir. Bu adla müxtəlif növlər, əsasən Pontiya yemişanı (Crataegus pontica) becərilir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 477.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.