Azaflı

Azaflı (əvvəlki: Azaplı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Azaplı kənd inzibati ərazi dairəsi tərkibindəki Azaplı kəndi Azaflı kəndi adlandırılmış, Azaplı kənd inzibati ərazi dairəsi Azaflı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[4]

Azaflı
40°55′30″ şm. e. 45°39′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.589 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6017[2]
Azaflı xəritədə
Azaflı
Azaflı

Toponimikası

Kənd sakinləri arasında oykonim "Azaflı" kimi tələffüz olunur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığında, Köhnəqala adlı yerdə zindan (əzabxana) olmuş və kənd öz adını buradan götürmüşdür;[5] başqa bir sözlə, kəndin adı "Əzablı" sözünün yerli əhalidəki tələffüzündən gəlmişdir.

Türk Osmanlı ordusunda "azaplar" piyada, oxçu əsgərlərə deyilirdi. Rumıniyada eyni adlı kənd vardır.

Tarixi

Tarixi abidələri

Azaflı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
6054 Köhnə qəbiristanlıq[6] Orta əsrlər Azaplı kəndindən 4 km şimal-qərbdə Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

Kənd Əsrikçayın sol sahilində, dağ ətəyində, Tovuz-Böyük Qışlaq yolunun sağında yerləşir. Bayramlı, Aşağı QuşçuDondar Quşçu kəndləri ilə həmsərhəddir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[7] 1370 717 653
2009[8] ↗1589 ↗811 ↗778

İqtisadiyyatı

Kənd əhalisi əsasən heyvandarlıqəkinçiliklə məşğuldur. Kəndin ərazisi əkinçilik və maldarlıq üçün əlverişlidir.

Mədəniyyəti

Kənddə Azaflı kənd kitabxana filialı,[9] Azaflı kənd klubu,[10] Azaflı poçt şöbəsi (AZ6017)[11] fəaliyyət göstərir.

Təhsil

Kənddə Azaflı kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Azaflı həkim məntəqəsi yerləşir.[14]

İstinadlar

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=106.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  4. "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  5. Azaflı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 69. ISBN 978-9952-34-155-3.
  6. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  7. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
  8. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 209". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  9. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  10. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  11. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  12. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  13. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  14. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.