Azadlıqdan məhrumetmə

Azadlıqdan məhrumetmə və ya həbscinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi.

Azərbaycanda

Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər".[1]

SSRİ-də

Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi.[2]

Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı. Bolqarıstan, Monqolustan, Şərqi Almaniya, PolşaÇexoslovakiyada azadlıqdan məhrumetmənin maksimal həddi 15, qanunla nəzərdə tutulan bəzi hallarda isə 20 il idi.[2]

İstinadlar

  1. "Azərbaycan Respublikasının Konstitusiyası". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.
  2. Азадлыгдан мәһруметмә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 131–132.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.