Azadlıq (qəzet)
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet.
Azadlıq qəzeti | |
---|---|
Növ | Gündəlik ictimai-siyasi qəzet |
Format | A3 |
Təsisçi | Qəzetin kollektivi |
Baş redaktor | Qənimət Zahid |
Yaranma tarixi | 24 dekabr 1989 |
Dil | Azərbaycan dili |
Qiymət | 50 qəpik |
Baş ofis | |
Ünvan | Bakı, Mətbuat prospekti, 529-cu məhəllə, 9-cu mərtəbə. |
Ölkə | |
Tiraj | 7 500 |
azadliq.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
"Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991).
1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli,[1] 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir.
1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür[2].
İlk sayı
Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir. İkinci səhifədə Məhəmmədəmin Rəsulzadənin Lahıcda yazdığı "Haqsız qan yerdə qalmaz" məqaləsi və Azərbaycan Xalq Cəbhəsinin fövqəladə konfransının qətnaməsi dərc olunmuşdur. 3-cü səhifədə Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin "Hürriyət olan yerdə insanlıq da olur" adlı müsahibəsi verilmişdir. İlk sayda həmçinin Ü. Hacıbəylinin "Duma yaxınlaşır", Vaqif Səmədoğlunun "Milli tənhalıqdan qurtulmalıyıq" adlı yazıları dərc olunmuşdur.[3]
İstinadlar
- ""Azadlıq" qəzetinin keçmiş baş redaktoru ABŞ-yə köçüb - FOTOLAR". 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
- ""Azadlıq" qəzeti 20 yaşını necə qeyd edəcək?". 2013-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-14.
- A.Rüstəmov. Azərbaycanın müstəqil mətbuatının təşəkkülü / Dirçəliş-XXI əsr, 2006, Oktyabr-Noyabr, 294 s.
Həmçinin bax
- Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Azərbaycan saatı (veriliş, 2012)
Xarici keçidlər
- Rəsmi saytı
- Azadlıq — Facebook səhifəsi
- Azadlıq — Twitter səhifəsi
- ""Azadlıq"ın 30 ili". Novator.az (az.). 2019-12-23. İstifadə tarixi: 2023-11-30.
- Azadlıq qəzetinin bu günə olan nömrəsi nəşr olunmayıb
- Sabiq rəsmi twitter səhifəsi