Azadeğ
Azadeğ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2]
Kənd | |
Azadeğ | |
---|---|
39°39′00″ şm. e. 45°26′18″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.625 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Arpaçayının sağ sahilində yerləşir. Kəndin adı Azatak, Azader, Azad, Azadak formalarında da erməni mənbələrində qeyd edilir[3].
Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə ermənilər buraya İranın Xoy və Salmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir[4].
Kəndin adının yaranması ilə bağlı erməni mənbələrində göstərilir ki, bura gələn ermənilər azader (azad idi) deyərək kəndi Azadeğ adlandırmışlar[4]. Bu, elmi həqiqətə uyğun deyil, ehtimologiyadır.
Toponim fars dilində işlənən azad sözü ilə[5], fars dilində «kənd, qışlaq» mənasında işlənən dex sözündən[6] əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 20 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır [7]. 1930 - cu ildən burada yalnız ermənilər yaşayır.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.39, 41
- Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.41
- Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.60
- Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.177
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89