Azad Rzayev
Azad Allahverdi oğlu Rzayev — 20 yanvar şəhidi.
Azad Rzayev | |
---|---|
Azad Allahverdi oğlu Rzayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Azərbaycan SSR |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Həyatı
Azad Rzayev 1965-ci il oktyabrın 10-da Bakıda anadan olub. Dərin Dəniz Özülləri zavodunda işləyirdi. İki qızı vardı.
Şəhid olması
Yanvarın 20-də gecə saat 00.04-də Rzayev Azad, Rzayev İlham "Kamaz" markalı maşında Bakıya gələrkən Ələt qəsəbəsinin 2 km-də UAZ-469 hərbi maşını bu maşını ötüb keçmiş və onlara güllə atmağa başlamışdır. "KAMAZ" maşınının qabaq və yan şüşələri tamamilə sıradan çıxmışdır. Sürücü mümkün qədər hadisədən qaçmaq istəmiş, lakin buna müvəffəq olmamışdır. Azad Rzayev ağır güllə yarası almışdır. O, Qobustan rayon xəstəxanasına çatdırılıb, lakin onu qəbul etməyiblər. Hərbi xəstəxanaya yerləşdirilməli olduğunu qeyd ediblər. Yolda olarkən Azad Rzayev şəhid olmuşdur.
Qobustan qəbiristanlığında dəfn edilib.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.