Azad Nəbiyev
Nəbiyev Azad Mövlud oğlu (20 aprel 1945, İkinci Nügədi, Quba rayonu – 13 fevral 2012, Bakı) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1980), professor (1981), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001).[1]
Azad Nəbiyev | |
---|---|
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri | |
24 iyul 1992 – 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 2012 (66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
Həyatı
Azad Nəbiyev 1945-ci il aprelin 20-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil almışdır (1963–1967). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır (1967–1974). "Gənclik" nəşriyyatında redaksiya müdiri (1974–1976), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır (1976–1989). Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri olmuşdur (1992–2000). Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir (1997). Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin üzvü olub (1998-ci ildən ölümünə qədər).[2]
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunmuşdur. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1972). "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1980). İtalyan ("Bertoltonun sərgüzəştləri") və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr etmişdir. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir (2000). "Azərbaycan dastanları" (1977), "Nəğmələr, inanclar, alqışlar, adətlər" (1986), "Alqışlar, adətlər, nəğmələr" (1992), "Koroğlu dastanı" (2001) kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.[2]
Ailəsi
Rövşən adlı oğlu və Ülkər adlı qızı var.
Əsərləri
- Bağlarda bahar. Bakı: Gənclik, 1969, 87 səh.
- Qəhrəmanlıq səhifələri. Bakı: Gənclik, 1975, 174 səh.
- Azərbaycan-özbək folklor əlaqələri. Bakı: Azərnəşr, 1978, 182 səh.
- Azərbaycan folklorunun janrları. Bakı: BDU nəşri, 1983, 92 səh.
- El nəğmələri xalq oyunları. Bakı: Azərnəşr, 1988, 172 səh.
- Sərhəd bilməyən əlaqələr (Azərbaycan-türkmən folklor əlaqələri). Bakı: Azərnəşr, 1992, 112 səh.
- İlaxır çərşənbələr. Bakı: Azərnəşr, 1992, 112 səh.
- İlin əziz günləri. Bakı: Maarif, 1999, 121 səh.
- Azərbaycan uşaq folkloru. Bakı: Elm, 2000, 76 səh.
- Azərbaycan xalq ədəbiyyatı (ali məktəblər üçün dərslik). I hissə. Bakı: Nəşrlər evi, 2001, 678 səh.
- Azərbaycan xalq ədəbiyyatı. I kitab. Bakı: Çıraq, 2009.
- Azərbaycan xalq ədəbiyyatı. II kitab. Arxivləşdirilib 2017-12-15 at the Wayback Machine Bakı: Elm, 2006.
- Milli təəssübkeşlik yoxsa erməni saxtakarlığı. Bakı: BDU nəşri, 2003, 78 səh.
- Nəhrələrdən güc alanda. Bakı: BDU nəşri, 2003, 62 səh.
- Koroğlu (uşaqlar üçün). Bakı: 2001, 37 səh.
- Qaçaq Nəbi (uşaqlar üçün). Bakı: 2001, 62 səh.
- Azərbaycan aşıq məktəbləri Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine. Bakı: "Nurlan", 2004, 312 səh.
İstinadlar
- "Azad Mövlud oğlu Nəbiyev". 2017-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
- "Etibar Talıblı. Novruzu gözləmədi… (Professor Azad Nəbiyevin həyat və yaradıcılıq yoluna müxtəsər baxış)" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-21.