Azad Kəşmir
Azad Cammu və Kəşmir (urdu آزاد جموں و کشمیر, ing. Azad Jammu and Kashmir; qısaca — Azad Kəşmir) — keçmiş Cammu və Kəşmir knyazlığının pakistanlıların idarəsində olan ən cənub inzibati vahidi. Faktiki Pakistanın bir hissəsi olsa da, Pakistan tərəfindən müstəqil dövlət kimi tanınır. Hindistanın Cammu və Kəşmir ştatı ilə şərqdən, eləcə də Pakistanın Hayber-Paxtunxva vilayəti ilə qərbdən, Gilgit-Baltistan vilayəti ilə şimaldan və Pəncab vilayəti ilə cənubdan sərhəddir. İnzibati mərkəzi Müzəffərabad şəhəridir. Sahəsi 13 297 km², əhalisi təxminən 4,5 milyon nəfərdir.
heyvan | ||
Quş | ||
Ağac | ||
Çiçək | ||
İdman |
Pakistan daxilində muxtariyyət (faktiki) Qismən tanınan müstəqil dövlət (hüquqi) | |||||
Azad Cammu və Kəşmir İslam Respublikası | |||||
---|---|---|---|---|---|
آزاد کشمیر | |||||
|
|||||
33°56′17″ şm. e. 73°45′52″ ş. u. |
|||||
Ölkə |
Pakistan (faktiki) Müstəqil dövlət (hüquqi, yalnız Pakistan İslam Respublikası tərəfindən müstəqil olaraq tanınır) |
||||
İnzibati mərkəz | Müzəffərabad | ||||
Prezident | Məsud Xan | ||||
Baş nazir | Faruq Heydər Xan | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 24 oktyabr 1947 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | PK-JK | ||||
Rəsmi sayt | |||||
İdarəetmə forması: Prezident respublikası | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Azad Kəşmir 1947-ci ilin oktyabrında Kəşmirdə populyar olmayan Maharaca Hari Sinqha etiraz olaraq elan edildi. Birinci Hind-Pakistan Müharibəsindən sonra bugünkü faktiki sərhədlər, o cümlədən Kəşmir və Cammu coğrafi bölgələrinin yalnız qərb hissələri (yəni hər iki əsas şəhər - Şrinaqar və Cammu - Hindistanda qaldı) formalaşdı.