Azad Cabbarov
Cabbarov Azad Vaqif oğlu (14 aprel 1981, Şovu, Lənkəran rayonu) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sabiq sədri[1]
Azad Cabbarov | |
---|---|
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri | |
18 iyun 2019 – 18 yanvar 2022 | |
Əvvəlki | Səbuhi Şahverdiyev |
Sonrakı | Vüqar Abbasov |
1 iyul 2011 – 13 iyul 2021 | |
Əvvəlki | Xəqani İsmayılov |
Sonrakı | Ramil Hacı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 aprel 1981 (42 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
Cabbarov Azad Vaqif oğlu 14 aprel 1981-ci ildə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998–2002-ci illərdə "Naxçıvan" Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirmişdir. 2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir. 2008-ci il oktyabrın 6-dan 11-dək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Azərbaycan Respublikasında gənclər siyasəti" proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak etmişdir.
Fəaliyyəti
2004–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı əməliyyat taqımında polis vəzifəsində çalışmışdır. 2007–2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləmişdir.
2008–2009-cu ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2009–2011-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır. 2011-ci il aprel–iyul aylarında Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində nazir müavini olmuşdur. 1 iyul 2011-ci il tarixindən 13 iyul 2021-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri vəzifəsində çalışıb.[2] 18 iyun 2019-cu il tarixində keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.
Siyasi fəaliyyəti
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədridir. YAP Gənclər Birliyinin İdarə Heyətinin və YAP Naxçıvan MR Təşkilatının İdarə Heyətinin üzvüdür.
İdman sahəsində fəaliyyəti
Milli Olimpiya Komitəsinin İdarə Heyətinin üzvüdür. Kikboksinq və budo idman növləri üzrə yüksək nailiyyətlər əldə etmişdir.
Ailəsi
Ailəlidir, iki övladı var.
Mükafatları
1 fevral 2019-cu ildə Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[3]
İstinadlar
- "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-01.
- "Nuhçıxan". 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
- "Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.