Azad Azərbaycan TV

Azad Azərbaycan — 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.

ATV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 və Express AMU1 peyklərinin əhatə dairələri
Dil Azərbaycan dili
Baş qərargah Abbas Mirzə Şərifzadə küçəsi 10, Bakı, Azərbaycan
Yaranma tarixi 25 dekabr 2000
Sahibi Azad Azərbaycan Teleradio Yayım Şirkəti
Rəhbərlik Azər Xəlilov
Şüar Ən baxımlı kanal (2003-2014; 2020-h.h.)
Baxdıqca baxılır! (2014-2019)
Qardaş kanallar 106 FM (2000-h.h.)
106.3 FM (2004-h.h.)
ATV International (2009-2013)
ATV Cinema (2016-h.h.)
ATV Vivace (2016-h.h.)
Sayt atv.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

"Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlamışdır. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi.[1] Lakin 2002-ci ildən "Son Xəbər" adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır[2].

2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı ATV-nin müxbir və operatoruna da ciddi xəsarət yetirilmişdi.

31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı rusca verilişlər də (Russkie Zvyozdı) yayımlayırdı. Sonradan MTRŞ-nin qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçmişdir.

2009-cu ilin oktyabrında ATV International adlı qardaş kanalı yayıma başlamışdı.

2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başladı. Telekanalın rəhbərliyi dəyişdi.

Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirildi.

2012-ci il sentyabr ayından tamamilə yeniləndi. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşdı. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırıldı. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başladı.

Telekanalın təsvir formatı 15 sentyabr 2015-ci il tarixində 4:3 formatından 16:9 formatlı yayım keçirilmişdir.

Telekanalın ANS TV ilə qalmaqallı münasibətləri var. Bunun başlanğıcı 2015-ci ildə Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğın hadisəsindən sonra Mətanət Əliverdiyevanın həmin hadisə ilə əlaqədar "Gündəlik" verilişində "Biz o faciəni lap faciə etməməliyik, elə bil külək idi, film idi, baxdıq, getdi" ifadələrini işlətməsindən sonra başladı.[3] Həmin qalmaqalda ANS TV, Xəbərçi verilişində ATV-ni sərt tənqid etdi. Başqa qalmaqaldan biri də yenə həmin ilin sentyabr ayında ATV-nin Gürcüstandakı kilsələrin birində apardığı çəkilişlə bağlıdır.[4] Həmin sujetdə ANS TV, ATV-ni insanların dini hisləri ilə oynamasında ittiham edir. O sujetə cavab olaraq ATV də ANS TV-ni tənqid etmişdi.[5] İki kanal arasında qalmaqal davam etdi.

21 dekabr 2015-ci il tarixində "ATV Plus"da "HD" yayıma başlamışdır. Hazırda "ATV HD" kanalının ölkənin hər yerindən izlənilməsi imkanı var.

4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.

28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.

12 yanvar 2024-cü ildən etibarən "ATV HD" telekanalı 23-cü televiziya kanalında (490 Mhz tezliyində) yayıma başlayıb.

Bağlanması

1 may 2020-ci ildə "Bəzədilmiş duvaq" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 6 may 2020-ci il tarixli 5/1 nömrəli qərarı ilə ATV-nin yayımı 9 may 2020-ci ildə saat 10:00-dan 11:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.[6]

10 avqust 2020-ci ildə saat 16:00–17:00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 17 avqust 2020-ci il tarixli 12/2 nömrəli qərarı ilə ATV-nin yayımı 20 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.

Xəbərlər Departamenti

  • 2002: — "ATV Xəbər"
  • 2002–2019: — "ATV Həftə Sonu"
  • 2013–2020: — "ATV OLAY"
  • 2013: — "ATV AKTUAL"
  • 2019-2020: — "ATV Gündəlik"
  • 2020-2021: — "ATV Qərargah"

Seriallar

Xarici keçidlər

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
  2. ATV. "Bu gün "Azad Azərbaycan" telekanalının 20 ili tamam olur" (az.). Youtube.com. 25.12.2020. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-25.
  3. "Arxivlənmiş surət". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
  4. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
  5. "Arxivlənmiş surət". 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
  6. "Arxivlənmiş surət". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.