Azər Paşa Nemətov
Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023[1], Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023).
Azər Paşa Nemətov | |
---|---|
Azər Paşa Zəfər oğlu Nemətov | |
6 yanvar 2016 – 9 aprel 2023 | |
Sonrakı | Mehriban Ələkbərzadə |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri | |
1996 – 9 aprel 2023 | |
Sonrakı | Hacı İsmayılov (v.m.i) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 2023[1] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rejissor |
Atası | Zəfər Nemətov |
Həyat yoldaşı | Süsən Məlikova |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | Professor |
|
|
Təltifləri |
|
Həyatı
Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A. Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974–1977-ci illərdə Sankt-Peterburq teatrında. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib.
1990-cı aprel ayının 20-dən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru olub. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatı olub (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb[2].
18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü seçilmişdir.[3]
31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilmişdir.[4]
6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilmişdir.[5]
Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat etmişdir.[6][7] İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.[8]
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 20 mart 1987
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 dekabr 2002
- "Şöhrət" ordeni — 11 avqust 2007[9]
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 11 avqust 2017[10]
- "Qızıl Dərviş" mükafatı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 1999, 2003
- "Zirvə" mükafatı (Mədəniyyət və Turizm Nazirliyi)
- Cəfər Cabbarlı mükafatı — 2017 ("Almaz" tamaşasına görə)[11][12]
- "Haldun Taner" mükafatı (TÜRKSOY) — 23 dekabr 2015[13]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005-ci ildən[14]
- "Şərəf" ordeni — 12 avqust 2022-ci ildə[15]
Quruluş verdiyi tamaşalar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:
- "İki qayın ağacı" (Yevgeni Şvarts)
- "Pin və Qvin" (Kim Meşkov)
- "Bumbaraş" (Yevgeni Mitko və Yura Mixaylov)
- "Buraxılışın son gecəsi" (Vladimir Tendryakov)
- "Necəsən, cavan oğlan?" (Şandor Samodi Toot)
- "Keçən ilin son gecəsi" (Anar)
- "Təmas" (Rüstəm İbrahimbəyov)
- "Öz adamlarımızdır, düzəlişərik" (Aleksandr Ostrovski)
- "Buratinonun səfehlər ölkəsində macəraları" (Aleksey Tolstoy)
- "Danabaş kəndinin məktəbi" (Cəlil Məmmədquluzadə)
- "Fudziyama dağında qonaqlıq" (Çingiz Aytmatov və Kaltay Məmmədcanov)
- "Öz kefinə gəzən pişik" (Redyard Cozef Kiplinq)
- "Yelkənlər üstündə nəğməli külək" (Karlo Qotsi)
- "Şapginin sərsəm günü" (Mixail Zoşşenko)
- "Sabah çoxdan başlanıb" (Rəhman Əlizadə)
- "Yuxulama" (Kamal Aslanov)
Leninqrad Gənc Tamaşaçılar Teatrında:
- "Bütün yaxşılıqlar üçün ölüm" (Maqsud İbrahimbəyov)
- "Üçüncü imperiyanın iflası" (Bertold Brext)
Arxangelsk Dövlət Dram Teatrında:
- "Qum üzərində ev" (Rüstəm İbrahimbəyov)
Tallin Gənc Tamaşaçılar Teatrında:
- "Şəhərin yay günləri" (Anar)
- "Yuxulama" (Kamal Aslanov)
Lənkəran Dövlət Dram Teatrı:
- "Üçüncü nəsil" (Nikolay Miroşniçenko)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
- "Biganələr hoteli" (Rüstəm İbrahimbəyov)
- "Tufandan əvvəl" (Arif Süleymanov)
- "Ah, Paris… Paris", "Mənim sevimli dəlim", "Diaqnoz "D"","Cəhənnəm sakinləri" (Elçin)
- "Hamlet", "On ikinci gecə" (Uilyam Şekspir)
- "Boy çiçəyi", ""Xurşidbanu Natəvan""(İlyas Əfəndiyev)
- "Şah Qacar", "Ah, bu uzun sevda yolu", (Əli Əmirli)
- "Ölülər" (Cəlil Məmmədquluzadə)[16]
- "Almaz","Yaşar"(Cəfər Cabbarlı)
- "Sinif yoldaşları" (Yuri Polyakov)
- "Zəfər yolu" (A. P. Nemətov)
Səhnə tərtibatı verdiyi tamaşalar
- "Təmas", "Kabinet əhvalatı" (Rüstəm İbrahimbəyov)
- "Şəhərin yay günləri" (Anar)
- "Şapkinin sərsəm günü" (Mixail Zoşşenko)
- "Bobok" (Elçin Məmmədovla birgə) (Fyodor Dostoyevski)
- "Bekarçılıq kontoru" (Seyfəddin Dağlı)
- "Mənim qızım Nyuşa" (Yuri Yakovlev)
- "Hamlet", "Afinalı Timon", "On ikinci gecə" (Uilyam. Şekspir)
- "Boy çiçəyi" (İlyas Əfəndiyev)
- "Şah Qacar" (Əli Əmirli)
- "Ölülər" (Cəlil Məmmədquluzadə)
- "Almaz" (Cəfər Cabbarlı)
Musiqi tərtibatı verdiyi tamaşalar
- "Necəsən, cavan oğlan?" (Şandor Şamodi Toot)
- "Keçən ilin son gecəsi" (Anar)
- "Öz adamlarımızdır, düzəlişərik" (Aleksandr Ostrovski)
- "Allah olmaq mümkün deyil" (Kamal Aslanov)
- "Fudziyama dağında qonaqlıq" (Çingiz Aytmatov və Kaltay Məmmədcanov)
Elmi məqalələri
- "Səhnəmizin sevimli aktyoru" ("Mədəni-Maarif" jurnalı)
- "Hamlet" ("Elmi axtarışlar" jurnalı)
Metodik vəsaitləri
- "Pyesin rejissor təhlili"
- "Cəlil Məmmədquluzadə dramaturgiyasına rejissor baxışı"
- "Şekspir dramaturgiyasına rejissor baxışı"
Tanınmış tələbələri
- Rusiya Federasiyasının Xalq artisti Kirill Filinov
- Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Anatoli Koşalev
- Azərbaycan Respublikasının Xalq artisti Yaşar Nuri
- Azərbaycan Respublikasının Xalq artisti Zərnigar Ağakişiyeva
- Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov
- Azərbaycan Respublikasının Xalq artisti Cəfər Namiq Kamal
- Azərbaycan Respublikasının Xalq artisti Qabil Quliyev
- Azərbaycan Respublikasının Xalq artisti Böyükxanım Əliyeva
- Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov
- Azərbaycan Respublikasının Xalq artisti Əli Nur
- Azərbaycan Respublikasının Xalq artisti Kazım Abdullayev
- Azərbaycan Respublikasının Əməkdar artisti Təvəkkül Əliyev
- Azərbaycan Respublikasının Əməkdar artisti Şəlalə Şahvələdqızı
- Azərbaycan Respublikasının Əməkdar artisti Məsmə Ağaverdiyeva
- Azərbaycan Respublikasının Əməkdar artisti Anar Heybətov
- Azərbaycan Respublikasının Əməkdar artisti Aslan Şirinov
Filmoqrafiya
- Yaşadan, yaşayan Yaşar (film, 2012)
- Səni axtarırıq... (film, 2013)
İstinadlar
- https://oxu.az/culture/716522.
- Baku TV. "Xalq artisti Azərpaşa Nemətov vəfat edib" (az.). Youtube.com. 09.04.2023. 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-09.
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli Sərəncamı. e-qanun.az
- Lent.az. "Azərpaşa Nemətov Dram Teatrının bədii rəhbəri - baş rejissoru təyin edildi" (az.). lent.az. 31.08.2015 20:40. 2020-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
- Lent.az. ""Azdrama"ya yeni baş direktor təyin olundu" (az.). lent.az. 06.01.2016 11:23. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.
- İctimai TV. "Azərbaycanın Xalq artisti Azərpaşa Nemətov vəfat edib" (az.). Youtube.com. 09.04.2023. 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-09.
- "Azər Paşa Nemətov vəfat etdi". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-09.
- "Azər Paşa Nemətov Alqışlarla son mənzilə yola salındı". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
- "A.Z. Nemətovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 11 avqust 2007. 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2021.
- "A.Z.Nemətovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 11 avqust 2017. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2021.
- publika.az. ""Cəfər Cabbarlı Mükafatı- 2017" təqdim edildi" (az.). Publika.az. 21.05.2017. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
- Ülviyyə Həsənqızı. "2017-ci ilin Cəfər Cabbarlı mükafatı təqdim olunub. Akademik Milli Dram Teatrında təqdimat mərasimi keçirilib" (az.). Primetime.az. 21.05.2017. 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
- "Teatr xadimlərinə "Haldun Taner" mükafatı verildi". 2015-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-27.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 1 aprel 2005. 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2021.
- "A. Z. Nemətovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
- Mədəniyyət TV. "Xalq artisti Azər Paşa Nemətovun vəfatından bir il ötür" (az.). Youtube.com. 10.04.2024. İstifadə tarixi: 2024-04-10.