Azərkosmos

Azərkosmos — Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdir.

Azərkosmos
Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmos
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 3 may 2010
Baş qərargahın yeri Bakı Bakı
Rəhbərlik
İdarə heyəti Saməddin Əsədov
azercosmos.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qafqaz regionundakı ilk peyk operatorudur. Tamamilə Azərbaycan dövlətinə məxsusdur.[1] Azerspace-1 telekommunikasiya peyki sayəsində Avropa, Afrika, Yaxın Şərq, QafqazOrta Asiya müştərilərinə genişzolaqlı və yayım xidmətləri göstərir.[2] Azersky peyki ilə peyk görüntüləri və geoinformasiya xidmətləri də göstərir.

Tarixi

2008-ci ildə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" ilə bağlı bir tapşırıq verdi.[3] Tapşırığın icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) həvalə edildi.

Layihəni reallaşdırmaq üçün nazirlik tərəfindən Beynəlxalq Telekommunikasiya Birliyinə orbital mövqe ayırma prosesi üçün müraciət olundu. Eyni zamanda, 2009-cu ilin avqust ayında Prezident Əliyev Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı.[4] 2010-cu ilin may ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Malayziyanın peyk operatoru olan Measat Satellite Systems şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edildi. Telekommunikasiya peykinin hazırlanması məqsədilə elan edilmiş tenderin qalibi ABŞ-nin Orbital Sciences Corporation şirkəti, peykin orbitə buraxılması ilə bağlı raketdaşıyıcı şirkətin seçilməsi ilə bağlı tenderin qalibi isə Fransanın Arianespace şirkəti oldu.[5][6]

3 may 2010-cu ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən Azərkosmos ASC yaradılmışdır.[7] 17 oktyabr 2017-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) tabeliyindən çıxarıldı.[8]

2021-ci ilin aprelin 27-də Prezident İlham Əliyevin fərmanına əsasən, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs yaradılıb. Agentlik "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.[9]

2021-ci ildə Saməddin Əsədov Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.[10]

Fəaliyyəti

2019-cu ilin yanvar-iyun aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 18,6 milyon dollar təşkil edib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib. 2019-cu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. "Azərkosmos" tərəfindən 17 ölkəyə, o cümlədən ABŞ, Malayziya, Fransa, Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.[11]

Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi Abşeronda, Bakı-Şamaxı şossesinin 38-ci km-də yerləşir. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir adlanan ərazisində yerləşir.[12]

Peyk şəbəkəsi

Şirkətin hazırkı peyk şəbəkəsi iki peykdən ibarətdir:

  • Azerspace-1 — telekommunikasiya peyki
  • Azersky — yerin səthinin məsafədən müşahidə peyki (aktiv deyil)
  • Azerspace-2 — telekommunikasiya peyki
  • Azersky-2 — yerin səthinin məsafədən müşahidə peyki

Xidmətlər

  • Transponder icarəsi: transponderin tam iş dövründə icarəsi, transponderin çevik əməliyyatlar zamanı icarəsi, qısa müddətli tutumdan istifadə;
  • Televiziya yayımı: kanalların yayımı, peyk xəbərləri toplusu (SNG);
  • Telekommunikasiya: çox kiçik apertura terminalı (VSAT), uzaqdan əlaqə, peyk üzərindən İP.
  • Yer səthinin məsafədən müşahidə edilməsi: ağ-qara (PAN) şəkillərin çəkilməsi. rəngli (multi-spektral) şəkillərin çəkilməsi.

İstinadlar

  1. "Skybrokers – Azercosmos". www.sky-brokers.com. 6 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
  2. "AZERSPACE-1 SATELLITE". www.ukrinform.net (ingilis). 7 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
  3. "İlham Əliyev Azərbaycanın ilk "Azərspace-1" telekommunikasiya peykinin orbitə buraxılması prosesini izləmişdir". president.az (az.). Azərbaycan Prezidenti. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.
  4. "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı". Azərtac. 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
  5. "Regional kosmik sənaye mərkəzinə çevrilən Azərbaycan gələn ay üçüncü peykini orbitə buraxacaq". Azərbaycan Milli Kitabxanası. 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
  6. "Azerspace/Africasat-1a is prepared for Arianespace's first Ariane 5 launch in 2013". Arianespace. 7 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
  7. ""Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı". www.e-qanun.az. 18 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
  8. ""Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
  9. "Azərbaycanda Kosmik Agentlik yaradılır". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.
  10. "Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat". Oxu.Az (az.). 2021-06-16. 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  11. ""Azərkosmos" 19 ölkəyə 18,6 milyonluq xidmət ixrac edib". 2019-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-31.
  12. "Azərbaycanın peyki barədə suallar". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.