Azərifrog
"Azərifrog" — Qurbağa və qurbağa məhsullarının Azərbaycanda ilk ixracatçısı olan şirkət.
Tarixi
Şirkət "Azərifrog" MMC adı ilə 2015-ci ildə yaradılıb, 2016-cı ilin yayından fəaliyyətə başlayıb[1].
Rəhbəri
Şirkətin rəhbəri Fransada təhsil almış və xarici bazara qurbağa məhsulu çıxaran ilk azərbaycanlı olan Rauf Hüseynzadədir[2].
Ferması
Azərbaycan Respublikasının Salyan rayonunun Şorsulu kəndində şirkətin qurbağa ferması yerləşir[1]. Bu fermaya yetişdirilmək üçün qidaya yararlı qurbağalar Braziliyadan gətirilmişdir[3].
Hal-hazırda fermada 100 nəfərdən artıq işçi çalışır[3].
Şirkət həm yerli, həm də xarici bazarı qurbağa əti ilə təmin edir; müqavilə əsasında Fransa, Çin və İspaniya şirkətləri ilə əməkdaşlıq edir[3].
İstinadlar
- Azərbaycan xaricə qurbağa satır - Fotolar Arxivləşdirilib 2016-10-19 at the Wayback Machine. azvision.az, 17.10.2016 (az.)
- Azərbaycan xaricə qurbağa əti ixrac edir – FOTO Arxivləşdirilib 2016-10-20 at the Wayback Machine. oxu.az, 17.10.2016 (az.)
- Azərifrog şirkəti haqqında Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine. azerifrog.com (az.)
Xarici keçidlər
- azerifrog.com — Azərifrog rəsmi saytı
- Azərifrog — Facebook səhifəsi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.