Azərbaycan uzunömürlülərinin siyahısı
Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür.[1] Azərbaycanda uzunömürlülərə xüsusilə dağlıq rayonlarda rast gəlinir. Əsasən Talış bölgəsində, İsmayıllı, Tovuz, Gədəbəy, Quba, rayonlarında üstünlük təşkil edirlər.[2] Azərbaycanın ən uzunömürlü sakini Ginnesin rekordlar kitabına daxil edilən Şirəli Müslümovdur və o, 168 il yaşayıb.[3][daha etibarlı mənbəyə ehtiyac var]
"Hər kim yüz il yaşamasa" adlı kitabda Gədəbəyin 100 yaşlıları haqqında ətraflı məlumat verilir. Kitabda 100 yaşı keçən qadınlar üstünlük təşkil edir[3]. Ümumsayca ən çox uzunömürlülərə Talış dağlarında yerləşən rayonlarda rast gəlinir.[3].
Azərbaycan Milli Elmlər Akademiyasının Fizialogiya İnstitutunda "Uzunömürlülüyün fizialogiyası" laboratoriyası fəliyyət göstərir.[2]
1999-cu ildə aparılan əhalinin siyahıyaalınmasının nəticələrinə görə, yaşı 90-dan çox olan insanların sayı azalıb. Azərbaycanda 90–94 yaşlı insanların sayı 7125 nəfər (onun 5442-si qadındır), yaşı 100-dən çox olan insanların sayı 1664 (1141-i qadın, 223-ü kişi) nəfər olub. Uzunömürlü sakinlərin çoxu — 1354-ü kənddə, 310-u şəhərdə yaşayıb.
2009-cu ildə aparılan siyahıyaalınmasının nəticələrinə görə, ölkədə 90–94 yaşlı insanların sayı azalaraq, 4363-ə enib (onun 3417-si qadındır). Ölkədə yaşı 100-dən çox olan insanların sayı 1143-ə qədər (Onların 1043-ü qadın olub) azalıb.
Azərbaycanın hər il açıqlanan demoqrafik göstəricilərində uzunömürlü, yəni yaşı 90-dan yüksək olan insanların sayı ayrıca qeyd edilmir. Burada yalnız yaşı 70 və yuxarı olan insanların sayı ümumi şəkildə açıqlanır. Son açıqlanan statistik göstəricilərə görə, Azərbaycanda 85 və yuxarı yaşda olanlar arasında ölüm halları 1990-cı illə (4825 nəfər) müqayisədə 2013-cü ildə (5760 nəfər) xeyli artıb.
2013-cü ildə uzunömürlülərin sayı bir qədər də azalıb. Aparılan statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına isə daha çox qadınlar düşüb. Belə ki, onların 24 nəfəri kişi, 814 nəfəri qadındır.[4]
Azərbaycanda orta ömür həddi 70,7 ildir.[5]
90–100 yaş
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|---|---|---|
Qara Yuluk Osman bəy | 1345–1435 | 90 | Ağqoyunlu tayfa başçısı |
Həkim Qəni | 1918–2008 | 90 | Şair |
Firəngiz Şərifova | 1924–2014 | 90 | Aktrisa |
Böyükağa Məmmədov | 1927–2018 | 90 | Rəqqas |
Kamal Quliyev | 1930–2020 | 90 | Çilingər |
Abbas Çayxorski | 1917–2008 | 91 | Kimya elmləri doktoru |
Ağasadıq Gəraybəyli | 1897–1988 | 91 | Aktyor |
Ələddin Abbasov | 1922–2014 | 92 | Aktyor |
Adelaida Məmmədova | 1922–2015 | 92 | Musiqiçi |
Əlibaba Məmmədov | 1930–2022 | 92 | Musiqiçi |
Şeyxülislam Axund Əliağa Süleymanzadə | 1885–1977 | 93 | X Şeyxülislam |
Aşıq Abbasəli | 1913–2007 | 93 | Aşıq |
Ələviyyə Babayeva | 1921–2014 | 93 | Yazıçı |
Qocaman Qocamanov | 1923–2016 | 93 | Şair |
Əli İldırımoğlu | 1927–2020 | 93 | Yazıçı |
Xoşbəxt Yusifzadə | 1930–2023 | 93 | Geoloq |
Çingiz Hüseynov | 1929–2024 | 94 | Yazıçı |
Teymur Bünyadov | 1927–2022 | 94 | Akademik |
Ədilə Namazova | 1926–2020 | 94 | Tibb elmləri doktoru |
Əziz Şərif | 1895–1989 | 94 | Yazıçı |
Məmməd Əlili | 1898–1993 | 94 | Aktyor |
Əli Ələkbər | 1927–2022 | 95 | Şair |
Mirzə İsmayıl Qasir | 1805–1900 | 95 | Şair |
Babaş Əfəndi Mikayılzadə | 1865–1957 | 95 | Dinçi |
Muxtar Əfəndizadə | 1880–1975 | 95 | Alim |
Sara Aşurbəyli | 1906–2001 | 95 | Alim |
Bahadur Hüseynov | 1921–2016 | 95 | Hüquqşünas |
Aşıq Cahad | 1917–2013 | 96 | Aşıq |
Lütfi Zadə | 1921–2017 | 96 | Alim |
Məhəmməd Məhərrəmov | 1895–1992 | 97 | AXC parlament üzvü |
Tofiq Ağahüseynov | 1923–2021 | 98 | general-polkovnik |
Aşıq Bəsti | 1836–1936 | 100 | Aşıq |
İsmayıl İbrahimov | 1915–2016 | 100 | Texnika elmləri doktoru |
Feyzavər Turan | 1919–2020 | 100 | Yazıçı, publisist |
101–110 yaş
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|---|---|---|
Əmirmurad Hacıyev | 1910–2011 | 101 | |
Miskinli Vəli | 1894–1995 | 101 | Aşıq |
Balamet Balametov | 1906–2007 | 101 | Dövlət xadimi |
Molla Vəli Vidadi | 1709–1809 | 102 | Şair |
Aşıq Talıb | 1887–1979 | 102 | Aşıq |
Şeyxülislam Fazil İrəvani | 1782–1885 | 103 | II Şeyxülislam |
Ömər Əliyev | 1900–2004 | 104 | Xeyriyyəçi |
Miskin Abdal | 1430–1535 | 105 | Şair |
Aşıq Ələsgər | 1821–1926 | 105 | Aşıq |
Lətif Hüseynzadə | 1903–2008 | 105 | Ədəbiyyatşünas |
Tofiq Hüseynov | 1922-2023 | 101 | [6] |
Cəbrayıl Nəhmətov | 1923-2024 | 101 | [7] |
111–120 yaş
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|---|---|---|
Seyid Lazım Ağa | 1880–1994 | 114 | Dinçi |
Nabat Aşurbəyova | 1795–1912 | 117 | Xeyriyyəçi, mesanat |
121–130 yaş
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|---|---|---|
131–140 yaş
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|
141–150 yaş
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|---|---|---|
Mahmud Eyvazov | 1808–1960 | 150 | -- |
151–160 yaş
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|---|---|---|
161–170 yaş
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|---|---|---|
Şirəli Müslümov | 1805–1973 | 168 | Çoban |
Hazırda yaşayanlar
Adı, soyadı | Yaşadığı illər | Yaşı | Peşəsi |
---|---|---|---|
Məmməd Salmanov | 1932 — | 92 | Akademik |
Abid Bayramov | 1931 — | 92 | Həkim |
Bilqeyis Məmmədova | 1931 — | 92 | Alim |
Nəriman Həsənzadə | 1931 — | 92 | Şair |
Aydın Ələkbərov | 1930 — | 93 | Alim |
Seyfəddin Əliyev | 1930 — | 93 | Akademik |
Dadaş Asanov | 1930 — | 94 | Dövlət xadimi |
Abbas Vəfadağlı | 1929 — | 94 | Yazıçı |
Arif Qəmərli | 1929 — | 95 | Alim |
Ömər Eldarov | 1927 — | 96 | Heykəltəraş |
Vidadi Babanlı | 1927 — | 97 | Şair |
Çingiz Abbasov | 1926 — | 97 | neftçi |
Bahadur Həziyev | 1926 — | 97 | İdmançı |
Daməd Nəbiyev | 1925 — | 98 | veteran |
Abbas Zamanov | 1924 — | 99 | General |
Ağadadaş Səmədov | 1924 — | 99 | veteran |
Balaş Əliyeva[8] | 1922 — | 101 | |
Fatma Səttarova | 1922 — | 102 | veteran |
Adil Babayev | 1921 — | 102 | dövlət xadimi |
Daniyal Abdullayev | 1920 — | 103 | veteran |
Barı Nəbiyeva[9] | 1900 — | 124 |
Ədəbiyyat
- "Hər kim yüz il yaşamasa" kitab
İstinadlar
- "Chapter 1: Setting the Scene" (PDF). UNFPA. 2012. 12 June 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 January 2013.
- Azərbaycanda uzunömürlülərin sayı tükənir — anspress.com saytı
- "Lalə Osmanqızı, "Uzunömürlülər diyarı - Vətənim mənim", olkem.az saytı". 2013-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
- "Azərbaycanda uzunömürlülərin sayı 305 nəfər azalıb — modern.az saytı". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
- "Rüfət Sultan, "Orta ömrümüz 70 ili keçir", Bakı xəbər.- 2011.-25–27 noyabr.- S. 12". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-18.
- "İkinci Dünya müharibəsi iştirakçısı Tofiq Hüseynov vəfat edib - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı". İkinci Dünya müharibəsi iştirakçısı Tofiq Hüseynov vəfat edib - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı (az.). İstifadə tarixi: 2024-01-07.
- "İkinci Dünya müharibəsinin 101 yaşlı azərbaycanlı veteranı vəfat etdi - FOTO". Oxu.Az (az.). 2024-01-26. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
- "100 yaşlı nənə yumurta döyüşündə nəvəsinə qalib gəldi - VİDEO". Oxu.Az (az.). 2022-03-21. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- bizim.media. "Azərbaycanın ən uzunömürlü sakini 124 yaşlı Nəbiyeva Barinin səhhəti NECƏDİR? - EKSKLÜZİV FOTOLAR". bizim.media (az.). 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-07.
Həmçinin bax
- Onun 150 yaşı var (film, 1958)
- Hər kim 100 il yaşamasa. 1-ci film (film, 2009)
- Lerik Uzunömürlülər Muzeyi
- Dünyadakı uzunömürlülərin siyahısı