Azərbaycandakı sinaqoqların siyahısı

Azərbaycandakı sinaqoqların siyahısıAzərbaycan Respublikasının ərazisində yerləşən sinaqoqlar.

Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt, QubaOğuz şəhərində məskunlaşıblar.[1] Yəhudilər Azərbaycanda 3 icma ilə — Dağ yəhudiləri, Gürcüstan yəhudiləriAşkenazi yəhudiləri icmaları ilə təmsil olunurlar.[1] Aşkenazi yəhudilərinin Bakı dini icmasının keçmiş rəhbəri Qennadi Zelmanoviçin sözlərinə görə, hazırda Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir.[2] Sinaqoqların ikisi Bakıda, altısı Qubada, ikisi isə Oğuzda yerləşir.[2]

Sinaqoqların siyahısı

Adı Tikilib Yerləşdiyi yer Qısa təsvir Şəkil
Aşkenazi yəhudilərinin sinaqoqu
2003
Bakı, Dilarə Əliyeva küçəsi, 171.
Məbəd bakılı memar Aleksandr Qarberin layihəsi əsasında Qüds memarlıq tərzində inşa edilmişdir. Sözügedən ibadət yeri son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.

Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün AşkenaziGürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır.[3]

Dağ yəhudilərinin sinaqoqu
2011
Bakı, Əli Mərdan Topçubaşov küçəsi, 72.
Sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməkdədir. Sovet hakimiyyəti dövründə dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır.

5 aprel 2011-ci ildə dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Sinaqoq memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda olan digər yəhudi məbədlərindən də fərqlənir.[4]

Altı günbəz sinaqoqu
1888
Quba, "Qırmızı Qəsəbə", İsaak Xanukov küçəsi, 9.
Altı günbəz qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır.

Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır.[5]

Giləki sinaqoqu
1896
Quba, "Qırmızı Qəsəbə", İsaak Xanukov küçəsi, 26.
Bu ibadət yeri Cənubi Azərbaycanın Gilan vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilmişdir. Məbədin memarı Gilel ben Xaim olmuşdur. Onun adı sinaqoqun kərpic fasadında həkk edilmişdir. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa lövhə də var. Burada isə fərqli tarix - yəni 1857-ci il göstərilmişdir. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilmiş və sinaqoqun qapısının üstünə vurulmuşdur.[6]
Qusar sinaqoqu
?
Quba, "Qırmızı Qəsəbə"
Sinaqoq çayın sahilində, təpənin üzərində yerləşir. Məbədin hündürlüyü 14 metrdir. Sinaqoq hər tərəfdən dörd kiçik bürclə və iki çadır şəkilli qüllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı Qəsəbənin əsas simvolları sayılır.

Taxta çərçivələrlə və gözəl ornamentlə bəzədilmiş məbəd mükəmməl görünür. “Qusar” sinaqoqunun da böyük dua otağı vardır. Burada Tövratın və digər dini kitabların saxlanılması üçün iri dolab yerləşir. Dolab “Aronhokodeş”, yəni “Müqəddəs Mürcü” adlanır. Mürcü doqquz gözdən ibarətdir. Dolabın hər bir gözü ikilaylı qapı ilə örtülmüşdür.

Gərcəi sinaqoqu
1906
Quba, "Qırmızı Qəsəbə"
Sinaqoqun fasadı müxtəlif ölçüdə və fərqli formada olan pəncərələrlə bəzədilmişdir. Keçmişdə bu pəncərələrə rəngli şüşələr vurularmış.

Sinaqoqun böyük dua zalı var. Zalı böyük, taxtadan hazırlanmış günbəz örtür. Günbəzin görünüşü Polşadakı taxta sinaqoqların dam örtüklərini xatırladır. Keçmişdə sözügedən sinaqoqun günbəzinin üstündə səkkizguşəli işıq fənərı var imiş.

Aşağı məhəllə sinaqoqu
1849
Oğuz, Qüdrət Ağakişiyev küçəsi.
Sinaqoq Sovet dövründə tütünmebel anbarı kimi istifadə olunmuşdur. Sinaqoq 1992-ci ildə yerli yəhudilər tərəfindən təmir olunmağa başlamış və 1994-cü ildə başa çatmışdır. Bir əsr yarımdan çox zaman keçməsinə baxmayaraq, sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalır.[7]
Yuxarı məhəllə sinaqoqu
1897
Oğuz, Arzu Əliyeva küçəsi.
Sinaqoq ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilmişdir. Sovet dövründə digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və daha sonra anbar kimi istifadə olunmuşdur.

2004-cü ilin oktyabr ayında sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir olunmağa başlanmış və 2006-cı ildə təmir başa çatmışdır. Sinaqoq hal-hazırda ibadətgah kimi istifadə olunur. Həftənin cüməşənbə günləri yəhudilər burada sərbəst ibadət edirlər.[8]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.