Azərbaycanda təkrar parlament seçkiləri (1998)

Azərbaycanda təkrar parlament seçkiləri (avqust 1998) — 1998-ci ilin avqust ayında Azərbaycanda boş qalmış mandat üçün keçirilmiş təkrar parlament seçkiləri.

Azərbaycanda təkrar parlament seçkiləri
9 avqust 1998
Seçici fəallığı 75%
Rəhbər Heydər Əliyev
Partiya Yeni Azərbaycan Partiyası
Tutulan yerlər 1

Zəmin

1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 48 saylı Ağdam kənd seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Sofiq Hüseynov 30 dekabr 1997-ci il tarixində 47 yaşında ölmüşdür.[1] Sofiq Hüseynovdan boşalan mandat üçün 1998-ci ilin avqust ayına təkrar seçkilər təyin edilmişdir.

Namizədlər

Deputat Sofiq Hüseynovun ölümündən sonra boşalan yer üçün Azərbaycan Prezidenti Heydər Əliyevin 30 aprel 1998-ci il tarixli, 702 nömrəli Fərmanı 26 iyul 1998-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur.[2] Lakin daha sonra seçki tarixi dəyişdirilmiş və 1998-ci ilin avqust ayının 9-na 48 saylı Ağdam kənd seçki dairəsi üzrə təkrar parlament seçkiləri təyin olunmuşdur.[3] Seçki dairəsi üzrə bitərəf siyasətçi, əməkdar aqronom Yaqub Əhmədov öz namizədliyini irəli sürmüşdür.[4]

Seçki nəticələri








Mandatların siyasi partiyalara görə dağılışı   Bitərəf (100 %)

Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 12 avqust 1998-ci il tarixində 85 nömrəli protokolla təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 19 avqust 1998-ci il tarixində protokola baxmış və onu təsdiqləmişdir. Nəticələrə əsasən 48 saylı Ağdam kənd seçki dairəsi üzrə bitərəf namizəd Yaqub Əhmədov deputat seçilmişdir.[4]

Ümumi

Məntəqə sayı59
Seçici sayı46 312
Səslərin sayı34 826
Seçici aktivliyi (%)75
Deputat sayı1

Dairə üzrə

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
BitərəfYaqub Əhmədov17 30049.7
Ümumi səs34 826100.00

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.