Azərbaycanda prezident seçkiləri (1998)

1998-ci il Azərbaycan Respublikası prezidenti seçkiləriAzərbaycan Respublikası Prezidenti postuna keçirilən 4-cü rəsmi seçkilərdir. Seçkilər 11 oktyabr 1998-ci ildə keçirilib. Seçkilərdə 3,358,465 seçici iştirak edib.

Haqqında

1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasmda dördüncü dəfə keçirilən Prezident seçkiləri günü səsvermədə 3.358.465 seçici iştirak etmişdi ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi (Prezident seçkiləri haqqında Qanunun 53-cü maddəsinə görə, seçici siyahılarına daxil edilmiş seçicilçrin azı 25 faizi seçkilərdə iştirak etdikdə seçki baş tutmuş sayılır). Seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan Əliyev Heydər Əlirza oğluna səs verilmişdir. Beləliklə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci məddəsinin ikinci hissəsinə uyğun olaraq H.Ə.ƏIiyev səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 15-də Azərbaycan Respublikasmın Mərkəzi Seçki Komissiyası Prezident seçkllərinə yekun vurdu. Qanunvericiliyə əsasən seçkilərin yekun sənədləri Mərkəzi Seçki Komissiyası tərəflndən Azərbaycan Resaublikasının Konstitusiya Məhkəməsinə təqdim olundu və 1998-ci il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan etdi. Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü Prezidentin andiçmə mərasimi keçirildi[1]

Azərbaycanın üçüncü prezideni Heydər Əliyev

Nəticələr

Namizəd Partiya Səslər %
Heydər ƏliyevYeni Azərbaycan Partiyası2,556,05977.8%
Etibar MəmmədovAzərbaycan Milli İstiqlal Partiyası389,66211.8%
Nizami SüleymanovMüstəqil Azərbaycan Partiyası270,7098.2%
Firudun HəsənovAzərbaycan Kommunist Partiyası29,2440.9%
Əşrəf MehdiyevQeyrət Partiyası28,8090.9%
Xanhüseyn KazımlıAzərbaycan Sosial Rifah Partiyası8,2540.3%
Heç bir namizədə səs verməyənlər10,9100.3%
Qeydə alınmayan səslər64,818-
Ümumi3,358,465100%

Etirazlar

Azərbaycan müxalifəti, AXCP sədri Əbülfəz Elçibəy, Müsavat Partiyası başqanı İsa Qəmbər, ALP lideri Lalə Şövkət və prezidentliyə namizəd Etibar Məmmədov 9 noyabr 1998-ci ildə protokol imzalayaraq seçki nəticələrinin tanımadıqlarını elan etmişdir.

Bundan sonra ardıcıl olaraq bir neçə dəfə mitinq və yürüyüş keçirilmişdir.

Mənbə

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.