Azərbaycanda növbəti parlament seçkiləri
Azərbaycanda növbəti parlament seçkiləri — Azərbaycanda 2024-cü ilin noyabr ayında və ya 2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçirilməsi gözlənən seçkilər.
← 2020 | |||
Azərbaycanda növbəti parlament seçkiləri | |||
---|---|---|---|
noyabr 2024 və ya fevral 2025 | |||
Rəhbər | İlham Əliyev | Sabir Rüstəmxanlı | Fəzail Ağamalı |
Partiya | Yeni Azərbaycan Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | Ana Vətən Partiyası |
Rəhbər | Asim Mollazadə | Elşən Musayev | Qüdrət Həsənquliyev |
Partiya | Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Azərbaycan Demokratik Maarifçilik Partiyası | Ədalət, Hüquq, Demokratiya Partiyası |
Rəhbər | Fazil Mustafa | Tahir Kərimli | |
Partiya | Böyük Quruluş Partiyası | Vəhdət Partiyası |
Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur.
Zəmin
Növbədənkənar prezident seçkiləri
Partiyalardakı vəziyyət
Respublikaçı Alternativ Partiyası parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı yaratmış və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov qərargahın sədri təyin edilmişdir. Qərargah partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürüdür. 1 aprel tarixində verilən məlumata görə partiya 16 nəfərin namizədliyini ilkin mərhələdə təsdiq etmişdir.[1]
Vətəndaş Həmrəyliyi Partiyası 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısını təsdiqləmişdir.[2]
Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası və Yeni Zaman Partiyası da seçkilərdə iştirak edəcəyini açıqlamışdır.[3]
Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov seçkilərdə namizədliyini 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə irəli sürəcəyini açıqlamış, deputat seçilməyəcəyi təqdirdə siyasətdən gedəcəyini elan etmişdir.[4]
İstinadlar
- BestApp.az. "REAL deputatlığa namizədlərini müəyyənləşdirir". -Yeni Sabah- (az.). 2024-04-01. İstifadə tarixi: 2024-04-11.
- Qocayev, İsmayıl. "Partiyalar erkən parlament seçkilərinə hazırlaşır". sherg.az (az.). İstifadə tarixi: 2024-04-11.
- bizim.media. "Partiyalar parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU". bizim.media (az.). İstifadə tarixi: 2024-04-11.
- ""Deputat olmasam siyasətdən gedəcəm" - » Gundeminfo.az". Gundeminfo.az. İstifadə tarixi: 2024-04-11.