Azərbaycanda konstitusiya referendumu (2016)

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" ReferendumAzərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə[1] keçirilən referendum və onun nəticələri.

Səsvermə bülleteni
Referendum vaxtı Sumqayıtda Exit-poll

Tarixi

18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası PrezidentiAzərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı[2]. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi.

Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi[3].

Dəyişikliklər

Ümumilikdə konstitusiyanın 29 maddəsində dəyişiklik edildi[4]. Referendumda qəbul edilən əsas dəyişikliklər:

  • Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması.
  • Azərbaycan prezidenti seçilmək üçün yaş məhdudiyyətinin 35 yaşdan 18 yaşa düşürülməsi.
  • Birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması.
  • Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətlərinin birinci vitse-prezident tərəfindən icra edilməsi.
  • Prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququnun verilməsi.
  • Milli Məclisə üzv seçilmək üçün yaş məhdudiyyətinin 25 yaşdan 18 yaşa düşürülməsi.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.