Azərbaycanda dəmiryolu işçilərinin peşə bayramı günü
"Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü" — Azərbaycan Respublikasında hər il 13 oktyabrda qeyd olunan dəmir yolu nəqliyyatının bütün işçilərinin peşə bayramı.[1]
"Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü" | |
---|---|
| |
Rəsmi adı | Dəmiryolu işçilərinin peşə bayramı |
Ölkə | |
Növ | Dövlət bayramı |
Tarix | 13 oktyabr |
Dəmiryolu işçilərinin peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən qeyd olunur. 13 oktyabr tarixinin bayram günü seçilməsinin izahı Sərəncamda bu günün "Müstəqil Azərbaycan dəmir yolunun təşkilatı günü" olduğuna görə verilir[2]
"Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü"də artıq ənənəvi olaraq, dövlət rəhbərliyi dəmir yolu işçilərini peşə bayramı münasibətilə təbrik edir, ən çox fərqlənmiş dəmiryolçular isə dövlət mükafatları, xatirə hədiyyələri, pul mükafatları və təşəkkürlərlə təltif olunur.[2]
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" QSC yaradıldı[3] və o, tam olaraq dövlət mülkiyyəti hesab edilməyə başlandı[4], nizamnamə 2010-cu il fevralın 15-də Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiqləndi.[4]
İldən asılı olaraq altı-bazar günlərinə düşmürsə, "Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü" qeyri-iş günü hesab edilmir.
İstinadlar
- "Dəmiryolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine" e-qanun
- "Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu (FOTO) Arxivləşdirilib 2016-12-07 at the Wayback Machine" Trend İnformasiya Agentliyi
- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Arxivləşdirilib 2020-08-08 at the Wayback Machine e-qanun
- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Arxivləşdirilib 2011-06-23 at the Wayback Machine" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin saytı
Həmçinin bax
Xarici keçidlər
- Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu
- Azərbaycan Nəqliyyat Nazirliyinin rəsmi saytı
- Azərbaycan Dəmir Yolları QSC-nin rəsmi saytı