Azərbaycanda bələdiyyə

Azərbaycanda bələdiyyə — Azərbaycanda yerli özünüidarəetmə forması.

Azərbaycanda bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.

Seçkilər

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilmişdir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilmişdir və beşinci dəfə isə 2019-cu ildə keçirilmişdir.

2006-cı ildə isə bəzi bələdiyyələrin birləşdirilməsi, ləğvi, yenidən təşkili səbəbi ilə yeni, təkrar və əlavə bələdiyyə seçkiləri keçirildi.

2011-ci ildə nəticələri ləğv olunan bələdiyyələrdə 1901 bələdiyyə üzvü üçün təkrar seçkilər keçirildi.

Qadınlar

2004-cü ildə Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm 26,5 faizə qalxıb.[1]

Siyahı

Mənbə

İstinadlar

  1. "Azərbaycanda uğurlu gender siyasəti aparılır". anl.az. anl.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.