Azərbaycanda prezident seçkiləri (2003)

2003-cü il Azərbaycanda Prezident seçkiləriAzərbaycan ərazisində baş tutan növbəti (beşinci) Prezident seçkiləri. Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi.

 1998  Azərbaycan  2008 
Azərbaycanda prezident seçkiləri (2003)
15 oktyabr 2003
Seçici fəallığı 62.85 %
Namizəd İlham Əliyev İsa Qəmbər Lalə Şövkət Hacıyeva
Partiya YAP Müsavat Partiyası Bitərəf
Səslər 1 860 346
(76.84 %)
338 145
(13.97 %)
87.523
(3.62 %)

Nəticə Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 5 il müddətinə Azərbaycan Prezidenti seçildi.

Prezident seçkilərində 11 nəfərin namizədliyi qeydə alındı — Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) namizədi Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Əli Kərimli, Müasir Müsavat Partiyasının (MMP) namizədi Hafiz Hacıyev, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev, Ədalət Partiyasının "ƏDALƏT" namizədi İlyas İsmayılov, Milli Vəhdət Partiyasının (MVP) namizədi Yunus Oğuz, Müsavat Partiyasının "MÜSAVAT" namizədi İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) namizədi Lalə Hacıyeva, bitərəf namizəd Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi Sabir Rüstəmxanlı.

Prezident seçkilərindən əvvəl AXCP namizədi Əli Kərimli AMİP namizədi Etibar Məmmədovun xeyrinə, ANAP namizədi Abutalıb Səmədov və MVP namizədi Yunis Oğuz isə YAP namizədi İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü.

Eyni zamanda AMİP namizədi Etibar Məmmədovun namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən də dəstklənmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyevin səhhətində olan problemlərə görə Prezident seçkilərində mübarizə aparmağdan imtina etdi və namizədliyini oğlu — Milli Məclisin deputatı, avqustun 4-dən isə Azərbaycanın Baş naziri olan İlham Əliyevin xeyrinə geri götürdü. Prezident seçkilərinin rəsmi nəticələrinə əsasən İlham Əliyev 76,84 % səslə Prezident seçildi. Onun əsas rəqibi hesab olunan İsa Qəmbər isə 13,97 % səs topladı,

amma sıralarında İsa Qəmbərin sədri olduğu Müsavat Partiyası, digər müxalif siyasi partiyalar və bitərəf seçicilərindən olduğu insanlar Prezident seçkilərinin rəsmi nəticələrindən razı deyildilər. Prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsindən sonra insanlar Müsavat Partiyasının Qərargahının qarşısına toplaşdı, bir gün sonra isə yüz minlərlərlə insan "Azadlıq" meydanına toplaşdı. Oktyabrın 16-da "Azadlıq" meydanının insanlardan "təmizlənməsi" üçün başlanılan və Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların cəlb olunduğu proses, polis qəddarlığı ilə yadda qaldı. Nəticədə 1-i uşaq olmaqla 2 nəfər öldürüldü, yüzlərlə insan yaralandı. "Azadlıq" meydanının ətrafına, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəydi. Həmin hadisələrdən sonra Azərbaycan boyu həbslər dalğası başlandı. 850-dən çox insan həbs edildi. Onların 400-dən çoxu inzibati həbs cəzası aldılar. "Müsavat" Partiyasının rəhbərliyində təmsil olunan Rauf Arifoğlu, Sülhəddin Əkbər, Arif Hacıyev, İbrahim İbrahimov, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyası (AXP)nın sədri Pənah Hüseynov"Ümid" Partiyasının sədri İqbal Ağazadə də daxil olmağla 130 nəfərə cinayət işi açıldı.

Tarixçə

Azərbaycan Konstitusiyasına əsasən 2003-cü ildə Azərbaycan ərazisində növbəti Prezident seçkiləri baş tutmalı idi. Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi.

Namizədlər

Namizədlərin qeydə alınması mərhələsi

İyunun 27-də baş tutan MSK-nın iclasında Heydər Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərar qəbul edildi:

İyunun 2-də baş tutan MSK-nın növbəti iclasında isə Lalə Hacıyevanın və Etibar Məmmədovun namizədliyinin qeydə alınması haqqında, beş nəfərin isə namizədliyinin irəli sürülməsinin təsdiq edilməməsi haqqında Qərarlar qəbul edildi:

  • MSK-nın 3/45 nömrəli Qərarına əsasən namizədliyi "Milli Birlik" seçicilərin təşəbbüs qrupu tərəfindən ilə irəli sürülən Lalə Şövkət qızı Hacıyevain namizəd olaraq qeydə alınndı. Həmin Qərara əsasən Elman Məmmədzadə təşəbbüs qrupunun ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi, Əbil Əsgərov isə maliyyə məsələləri üzrə nümayəndəsi olaraq qeydə alındı.
  • MSK-nın 3/46 nömrəli Qərarına əsasən namizədliyi "Böyük Azərbaycan" seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən Elşad Nəbi oğlu Musayevin namizədliyinin irəli sürülməsinin təsdiq edilmədi.
  • MSK-nın 3/47 nömrəli Qərarına əsasən namizədliyi Azərbaycan Milli İstiqlal Partyası (AMİP) tərəfindən ilə irəli sürülən Etibar Səlidar oğlu Məmmədovun namizəd olaraq qeydə alınndı. Həmin Qərara əsasən Rəşad Bayramov Azərbaycan Milli İstiqlal Partyasının ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi, Vaqif Məmmədov isə maliyyə məsələləri üzrə nümayəndəsi olaraq qeydə alındı.
  • MSK-nın 3/41 nömrəli Qərarına əsasən namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zakir Mahmud oğlu Tağıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilmədi.
  • MSK-nın 3/42 nömrəli Qərarına əsasən namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Nemət Əhəd oğlu Pənahlının namizədliyinin irəli sürülməsinin təsdiq edilmədi.
  • MSK-nın 3/43 nömrəli Qərarına əsasən namizədliyi "Milli Demokratlar" seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən İsgəndər Məcid oğlu Həmidovun namizədliyinin irəli sürülməsinin təsdiq edilmədi.
  • MSK-nın 3/44 nömrəli Qərarına əsasən namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən irəli sürülən Rəsul Bayram oğlu Quliyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilmədi.

İyulun 6-da baş tutan MSK-nın iclasında Çingiz Sadıxovun namizədliyinin qeydə alınması haqqında, Rufat Ağayevin isə namizədliyinin irəli sürülməsinin təsdiq edilməməsi haqqında Qərarlar qəbul edildi:

  • MSK-nın 3/51 nömrəli Qərarına əsasən namizədliyi Vahid Azərbaycan Partyası (VAP) tərəfindən ilə irəli sürülən Çingiz Dəmir oğlu Sadıxovun namizəd olaraq qeydə alınndı. Həmin Qərara əsasən Cahangir Nəcəfov Vahid Azərbaycan Partyasının ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi, Xanlar İsmayılov isə maliyyə məsələləri üzrə nümayəndəsi olaraq qeydə alındı.
  • MSK-nın 3/52 nömrəli Qərarına əsasən namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Rufat Ağa Baba oğlu Ağayevin namizədliyinin irəli sürülməsinin təsdiq edilmədi.

İyunun 12-də baş tutan MSK-nın növbəti iclasında isə Tahir Kərimlinin namizədliyinin qeydə alınması haqqında, Eldar Namazovun isə namizədliyinin irəli sürülməsinin təsdiq edilməməsi haqqında Qərarlar qəbul edildi:

  • MSK-nın 3/66 nömrəli Qərarına əsasən namizədliyi Vəhdət Partiyası tərəfindən ilə irəli sürülən Tahir Zayıdağa oğlu Kərimlinin namizəd olaraq qeydə alınndı. Həmin Qərara əsasən İntiqam Həsənov və Abdul Manafov Vəhdət Partiyasının ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi, Vidadi Fərəcov isə maliyyə məsələləri üzrə nümayəndəsi olaraq qeydə alındı.
  • MSK-nın 3/68 nömrəli Qərarına əsasən namizədliyi öz təşəbbüsü irəli sürülən Eldar Saqif oğlu Namazovun namizədliyinin irəli sürülməsinin təsdiq edilmədi.

İyulun 13-də baş tutan MSK-nın iclasında daha bir nəfərin — Kamran Rüstəmovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməməsi haqqında Qərar qəbul edildi:

  • MSK-nın 3/72 nömrəli Qərarına əsasən namizədliyi öz təşəbbüsü irəli sürülən Kamran Ənvər oğlu Rüstəmovun namizədliyinin irəli sürülməsinin təsdiq edilmədi.

Qeydə alınan namizədlər

Sıra
Namizəd
Partiya
Tərcümeyi-halı
1.
Etibar Məmmədov

AMİP
1955-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1978-ci ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca tarixçidir. Azərbaycan Dövlət Universitetində müəllim olaraq çalışıb. Azərbaycan Milli Məclisin I çağırış deputatı olub. 1991-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədridir. AMİP üzvdür. Ailəlidir. 3 övladı var.
2.
Hafiz Hacıyev

MMP
1956-cı ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca zoomühəndisdir. 1982–1989-cu illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində çalışıb. 1991–1992-ci illərdə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri olub. 2003-cü ildən Müasir Müsavat Partiyasının (MMP) sədridir. MMP üzvüdür. Ailəlidir. 3 övladı var.
3.
İlham Əliyev

YAP
1961-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. İxtisasca diplomatdır. 1985–1990-cı illərdə MDBMİ müəllim olaraq çalışıb. 1994–2003-cü illərdə SOCAR-ın vitse-prezidenti və birinci vitse-prezidenti vəzifələrində çalışıb. Azərbaycan Milli Məclisinin I və II çağırış deputatı olub. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 2003-cü ilin avqust ayından Azərbaycanın Baş naziridir. Yeni Azərbaycan Partiyasının (YAP) 1999-cu ildən sədr müavini, 2001-ci ildən isə sədrin birinci müavinidir. YAP üzvdür. Ailəlidir. 3 övladı var.
4.
İlyas İsmayılov

"ƏDALƏT"
1938-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1962-ci ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 1978–1985-ci illərdə Azərbaycan SSR Baş Prokurorunun müavini, 1985–1990-cı illərdə isə Azərbaycan SSR Baş Prokuroru olub. 1992–1995-ci illərdə Azərbaycanın ədliyyə naziri vəzifəsində çalışıb. 2001-ci ildən Ədalət Partiyasısının ("ƏDALƏT") sədridir. "ƏDALƏT" üzvüdür. Ailəlidir. 2 övladı var.
5.
İsa Qəmbər

"MÜSAVAT"
1957-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1979-cu ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca tarixçidir. 1982–1990-cı illərdə Azərbaycan EA-da çalışıb. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1992–1993-cü illərdə Azərbaycan Ali Sovetinin sədri olub, 1991-ci ilin may-iyun aylarında Prezidentin səlahiyyətlərini icra edib. 1992-ci ildən Müsavat Partiyasının ("MÜSAVAT") sədridir. "MÜSAVAT" üzvüdür. Ailəlidir. 2 övladı var.
6.
Lalə Hacıyeva

ALP
1951-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. İxtisasca cərrahdır. 1993–1994-cü illərdə Azərbaycanın Dövlət Katibi olub. 1994-cü ilin yanvar-sentyabr aylarında isə Azərbaycanın BMT-də daimi nümayəndəsi vəzifəsində çalışıb. 1995-ci ildən Azərbaycan Liberal Partiyasının (ALP) sədridir. ALP üzvüdür. Ailəlidir. 1 övladı var.
7.
Qüdrət Həsənquliyev
Bitərəf
1965-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1992-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 1998–2003-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü olub. MSK-nın Baş Katibi vəzifəsində çalışıb. Bitərəfdir. Ailəlidir. 2 övladı var.
8.
Sabir Rüstəmxanlı

VHP
1946-cı ildən anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1968-ci ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca filoloqudr. 1990-cı ildən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1991–1992-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri olub. 1992–1995-ci illərdə isə Azərbaycanın mətbuat və informasiya naziri olub. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədridir. Azərbaycan Milli Məclisinin I və II çağırış deputatıdır. VHP üzvüdür. Ailəlidir. 2 övladı var.
Namizədliyini geri götürən namizədlər
9.
Əli Kərimli

AXCP
1965-ci ildən anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1991-ci ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 1993-cü ilin may-iyul aylarında Azərbaycanın Dövlət Katibi vəzifəsində çalışıb. 1995–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini olub. 2000-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədridir. Azərbaycan Milli Məclisinin I və II çağırış deputatıdır. AXCP üzvüdür. Ailəlidir. 2 övladı var. Əli Kərimli Namizədliyini Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Səlidar oğlu Məmmədovun xeyrinə geri götürdü.

Nəticələr

Sıra
Namizəd
Partiya
Səslərin nəticələri
Səslər
%
1.
İlham Əliyev YAP
1 860 346
76.84 %
76,84 / 100
2.
İsa Qəmbər MÜSAVAT
338 145
13.97 %
13,97 / 100
3.
Lalə Hacıyeva ALP
87 523
3.62 %
3,62 / 100
4.
Etibar Məmmədov AMİP
70 638
2.92 %
2,92 / 100
5.
İlyas İsmayılov ƏDALƏT
24 098
1.00 %
1,00 / 100
6.
Sabir Rüstəmxanlı VHP
19 973
0.82 %
0,82 / 100
7.
Qüdrət Həsənquliyev Bitərəf
12 071
0.50 %
0,50 / 100
8.
Hafiz Hacıyev MMP
8 267
0.34 %
0,34 / 100

Reaksiyalar

Namizədlərin reaksiyaları

Beynəlxalq reaksiyalar

  • ATƏT seçkini qeyri-qənaətbəxş qiymətləndirib, seçki nəticələrini tanımayıb.[1]
  • Avropa Şurası seçkini qənaətbəxş qiymətləndirib, seçki nəticələrini tanımışdır.[2]

Etirazlar

16 oktyabr 2003-cü ildə seçkilərin nəticələri açıqlandıqdan dərhal sonra Bizim Azərbaycan SB-nin dəstəkçiləri başda olmaqla müxalif seçicilər tərəfindən Bakıda Azadlıq meydanındaMüsavat Partiyasının qərargahının qarşısında icazəsiz etiraz aksiyaları keçirilmişdir. Polis hadisələrə sərt müdaxilə etmiş və nəticədə 1-i uşaq 2 nəfər ölmüşdür.[1]

Mənbə

  •  (ing.)
  • Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı
  • AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ: 1990, 1991, 1992, 1993, 1998, 2003. mediaforum.az  (az.)
  • "Elections: Azerbaijan Presedential Oct 15 2003" ( (ing.)). electionguide.org. 2015-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.

İstinadlar

  1. "Azerbaycan karıştı: 2 ölü". Hürriyet ( (türk.)). webarsiv.hurriyet.com.tr. 2003-10-16. 2015-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-07.
  2. Azerbaycan, 2. Aliyev dönemine ‘evet’ dedi. arsiv.zaman.com.tr

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.