Azərbaycan yağış ayinləri

Azərbaycan yağış ayinləri — yağış yağdırmaq və ya yağışı dayandırmaq üçün istifadə olunur.

Yağış yağdırma

Azərbaycan inanclarında yeddi daşı ortasından dəlib və ipə düzüb ananın ilk qızına verərlər. Qız onu suya atıb ipin ucunu ağaca bağlayır. Digər bir üsulda əfsunlanmış su göyə atılar və aşağıdakılar deyilər:[1]

Su sərpdim, suyu sərpdim
Arana suyu sərpdim …
Dağdan gələn seldi ho,
Dərələrdə göldü ho.
Su sərpdim, suyu sərpdim
Arana suyu sərpdim.

Yada daşı

Yada və ya ada daşından istifadə edilərək də yağış yağdırıla bilər. Yada Yağış yağdıran tanrıdır. Öz adı ilə adlandırılan səma daşını yerə endirmiş və ya onu yerdə himayə etmişdir.[1]

Çömçəxatun

Gənclər bir çömçəni götürərək ev-ev dolaşıb su toplayar və suyu bir ağacın altında tökərlər. Çömçəni də həmin ağacdan asarlar. Su yığanda bunu deyərlər:[1]

Çömçə xatun nə istər
Allahdan yağış istər
Qoyunlara ot istər
Quzulara süd istər
Mə… mə… mə…mə…

Hekayələrdən birinə görə, Çömçəxatun quraqlıq zamanı bir təpənin başına çıxaraq Allahdan yağış istəyir. Allah yağış yağdırdıqdan sonra təpəni tərk etməyərək çox islanır və yamyaşıl bir ağaca çevrilir.

Abrizəgan bayramı

Məlumdur ki, yay fəslinin başlanması ilə istilər get-gedə şiddətlənir, əkin sahələri daha çox su tələb edir. Məhz bu dövrdə ümidini yağışa bağlayan əkinçilər su bayramı Abrizəgan bayramı keçirirmişlər. Bu vaxt ilk növbədə yağışın süni əlamətlərini yaratmağa səy göstərirdilər. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilərdi. Hamı əllərində müxtəlif su qabları və musiqinin müşayiəti ilə çay kənarına, bulaq başına, yaxud hər hansı bir su hövzəsi yanma toplaşaraq çalıb oynayır, bir-birinin üstünə su atır, bir-birini suya itələməyə çalışardılar. Qabı su ilə doldurub yan-yörəyə səpməklə yağışın özünü çağırmaq kimi ayinlər, oyun və əyləncə xarakterli mərasimlər icra edərdilər.[2]

Yağmur pirləri

Culfada yağmur pirləri deyilən ziyarət yerləri vardır. Burdan götürülən daşlar evlərdə suya salınar, pir iyəsi isə pirdə qalmış daşlar da eynən su ilə qovuşsun deyə yağış yağdırarlar. Yağış yağandan sonra gənclər evləri dolaşıb daşları toplayar, pirlərə geri qaytararlar. Oxşar inanclara MuğanGəncə bölgəsində də rast gəlinir.[3]

Yağış dayandırma

Yağış məhsula ziyan verdirdikdə yağışın dayanması üçün ayinlər keçirilir. Bunlara bağ-bağçadakı qab-qacağı arxası üstə çevirmək, bir qab yağışı qaynatmaq, evin ilk uşağının dolu parçasını dişində parçalaması daxildir.

Yel Baba

Yağış və dolunun səbəbinin buludları gətirən şər qüvvələrin nümayəndəsi əjdahalar olduğuna inanılır. Yel Baba bu əjdahalara qarşı mübarizə aparıran qüvvə olaraq görülür. Yağışın dayandırılması üçün Yel Babadan kömək istənilərdi:

Men aşıq qolu güclü,
Kəsibdi yolu güclü,
Yel əssin bulut getsin,
Yağmasın dolu güclü.

İstinadlar

  1. Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya.
  2. Azərbaycan. Mədəniyyət və turizm, Prezident Kitabxanası
  3. Türkan ARIK. "Azerbaycan'in Nahçivan Bölgesi̇nde Yağmurla İlgi̇li̇ İnanişlar ve Yağmur Çağirma Merasi̇mleri̇". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 2018. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.