Azərbaycan türbələrinin siyahısı

Azərbaycan türbələrinin siyahısı – müxtəlif dövrlərdə vacib şəxslər (zadəganlar, müqəddəslər, şairlər və s.) üçün inşa edilmiş türbələrin siyahısı.

Siyahı

Dövlət adamları və onların ailələri

# Ad İllüstrasiya Basdırılan şəxslər Qeydlər
1 Möminə Xatun türbəsi Məhəmməd Cahan Pəhləvan və anası Möminə Xatun
2 Şirvanşahlar türbəsi
  • Şirvanşah I Xəlilullah. Ölüm tarixi 1465-ci ildir. Şirvanşahlar türbəsi girişinin əks tərəfindəki iri bədənli, hündürlüyü 2.10 metr olan skeletin ona məxsus olması[1] və Xəlilullahın 1501-ci ildə Bakının alınmasından sonra qızılbaşlar tərəfindən yandırılmış cəsədinin Divanxanada basdırılması kimi fərqli mülahizələr mövcuddur.[2]
  • Şahzadə İbrahim (I Xəlilullahın oğlu). Ölüm tarixi 1432-ci ildir. 19 yaşında vəfat etmişdir. Şirvanşahlar türbəsindəki beşinci qəbir ona məxsusdur. Bu qəbirdən ipək parçanın qalıqları, mavi muncuq, iynəsinin uzunluğu 36 sm olan qızıl sancaq aşkar olunmuşdur.[1]
  • Bikə xanım (I Xəlilullahın anası). Ölüm tarixi 1435-1436-cı illərdir.[3] Şirvanşahlar türbəsindəki ikinci qəbir ona məxsusdur.[4]
  • Şahzadə Fərrux Yəmin (I Xəlilullahın oğlu). Ölüm tarixi 1442-1443-cü illərdir. Şirvanşahlar türbəsindəki birinci qəbir ona məxsusdur. 7 yaşında vəfat edən Fərrux Yəminin sümükləri təmizlənərkən kəfən qalıqlarının olması müəyyənləşdirilmişdir.[3][4]
  • Şahzadə Şeyx Saleh (I Xəlilullahın oğlu). Ölüm tarixi 1445-1446-cı illərdir. Şirvanşahlar türbəsindəki dördüncü qəbir ona məxsusdur. 2 yaşında vəfat edən Şeyx Salehin qəbrindən şirli keramika və çilçıraq hissələri aşkarlanmışdır.[3][1]
  • Əmir Bəhram. Ölüm tarixi 17 aprel 1446-cı ildir. Qaytaq düzündə şəhid edilmişdir.[3]
  • I Xəlilullahın zövcəsi. Şirvanşahlar türbəsindəki üçüncü qəbir ona məxsusdur.[1]
3 Şeyx Cüneyd türbəsi Şeyx Cüneyd
4 Baba Samid məqbərəsi Şirvanın ilk xanı olan Ağası xanın övladlarının bəziləri və bir xanımı burada dəfn olunub.
  • İsmail bəy Sərkər (1760-1848) - Mərzili obasının sahibi.
  • Xədicəxanım xanım Məlik Məmməd xanın qızı ilə 1771-ci ildə evlənmişdi, 1783-cü ildə vəfat etdi.
  • Haşim xan Sərkər (1773-1845).
  • Cəfər bəy Sərkər (1776-1827) - 1810-cu ildə Rudbar bəylərindən Gəray bəyin qızı Soltan bikə ilə evlənmişdir.
  • Abdulla bəy Sərkər (1778-1842).
  • Mehdi bəy Sərkər (1780-1827).
5 Cavad xan türbəsi Cavad xan
6 Vaqif türbəsi Molla Pənah Vaqif
7 Yeddigünbəz türbələr kompleksi Mustafa xan

İstinadlar

  1. Fərhadoğlu, 2006. səh. 128
  2. Aşurbəyli, 2006. səh. 329-339
  3. Aşurbəyli, 2006. səh. 313
  4. Fərhadoğlu, 2006. səh. 127

Ədəbiyyat

  • Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. 256 səh.
  • Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013. 528 səh.
  • Dadaşov, S.; Useynov, M. Bakının memarlıq abidələri. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1955. 42 səh.
  • Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Avrasiya press, Bakı 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.