Azərbaycan polyakları

Azərbaycan polyakları (pol. Polacy w Azerbejdżanie) — Azərbaycanda yaşayan polyak icmasına verilən ümumi ad. Azərbaycana polyakların gəlməsi XVII əsrin əvvələrindən başlayır. XIX əsrin ortalarında polyakların ikinci dalğası BakıGəncə kimi şəhərlərdə məskunlaşırlar. 1897-ci ildə Azərbaycanda 2 minə yaxın polyak müxtəlif sahələrdə fəaliyyət göstərirdi. Sovet hakimiyyətinin qurulmasından sonra bəzi polyaklar vətənlərinə qayıtsa da, bir çoxları Azərbaycanda qalmışdır. Hal-hazırda Azərbaycanda 200 civarında polyak yaşayır.

Azərbaycan polyakları
Polacy w Azerbejdżanie
Yaşadığı ərazilər
Azərbaycan Azərbaycan 2.000
Dili

Azərbaycan dili
Polyak dili

Dini

Xristianlıq

Tarixi

Bakı şəhərində fəaliyyət göstərmiş Polşa məktəbinin şagird və müəllim kollektivi (1903)

Azərbaycanla Polşa arasında münasibətlər Ağqoyunlu dövlətinin hakim olduğu dövrdə yaranmışdır. XVI əsrin sonların yaxın Ağqoyunlu dövləti ilə Reç Pospolita dövləti arasında bəzi məktublaşmalar aparılırdı.[1] Polyakların ilk qrupunun Azərbaycana gəlmələri I Şah Abbas Səfəvinin dövrünə təsadüf edir. Həmin zaman bir sıra polyak misyonerlər Vatikanın rəhbərliyi altında Azərbaycana gəlmişdilər. Misyonerlər bir çox dilləri bilsə də, yerli əhalinin dilini öyrənməyə çalışırdılar. Yerli əhalinin yaşayış vəziyyəti haqqında Vatikana müntəzəm məlumat verilirdi. 1680-cı ilə qədər Azərbaycana gəlmiş polyak misyonerlərin adları barədə tarixi mənbələrdə məlumatlara rast gəlinməmişdir. 1680-cı ildə isə Gəncə şəhərinə Paul Vronziski, Jedrzej Zielonacki və Alexsandr Kulesza adlı üç polyak misyoneri gəlmişdir.[2] Onlar 6 aya yaxın bu şəhərdə qalmış və Gəncədə yaşayan əhalinin vəziyyətini öyrənmişdilər.

Polyak misyonerlərin Gəncə hakiminə dəyərli hədiyyələr verdiyi də tarixi mənbələrdə göstərilmişdir. XVII əsrdə sonra Azərbaycana polyaklar birdə XIX əsrdə gəlməyə başlamışdılar. 1772-ci ildə Reç Pospolita dövlətinin bölünməsindən sonra, polyakların ağır günləri başlayır.[3] Rusiya imperiyası polyakların gücünü zəiflətmək məqsədi ilə onları imperiyanın müxtəlif ərazilərinə o, cümlədən Qafqaza sürgün edir. 1813-cü ildə Qafqaza 10 min nəfər polyak gətirilir. Əsirlərin böyük bir qismi, Napoleon Bonaparta tabe olan Polyak legionunun əsgərləri idi. 10 min nəfər polyakdan təxminən 3 minə yaxını Azərbaycan ərazisində məskunlaşdırılır. Bu gün Gəncə, Bakı, Zaqatala və Qubada polyaklara məxsus katolik kilsələri və evlər hələdə mövcuddur. Polyakların Qafqaza ikinci böyük köçü 1863-cü ildə baş vermiş Yanvar hadisələrindən sonra, yaşanmışdır. XX əsrin əvvələrində 17.264 nəfər polyak Cənubi Qafqaza yerləşdirilmişdir. Yanvar hadisələri əsnasında Azərbaycana göndərilmiş, sonuncu polyak Edvard Strup adlı, keşiş olmuşdur. Sürgünə göndərilmiş polyak üçün Zaqatala və Nargin adasında xüsusi düşərgələr təşkil edilmişdir. Abşeron yarımadasında məskunlaşan polyaklar neft istehsalatı ilə məşğul olurdu. Bakıda neftin çıxarılması bir çox xalqların nümayəndələri kimi polyaklarında şəhərə axınına səbəb olmuşdur. 1897-ci ildə Azərbaycanda iki min polyak yaşayırdı. BakıGəncə şəhərində məskunlaşan polyaklar, cəmiyyətə böyük xeyir vermişdilər.

Polyak məktəbi və kitabxanası

1903-cü ildə Bakı şəhərində polyaklar tərəfindən məktəb və kitabxana açılmışdır.[4] 17 avqust, 1909-cu ildə isə Bakı Polşa Evi adlı cəmiyyət yaradıldı. Cəmiyyətin əsas məqsədi, Bakı şəhərində yaşayan polyaklar arasında münasibətləri qorumaq və polyak mədəniyyəti təbliğ etmək olmuşdur. Bakı Polşa Evi tərəfindən Bakı şəhərində ikinci polyak məktəbi açılmışdır. Birinci dünya müharibəsi zamanı Bakıda yaşayan polyak diasporu, polyak həmvətənlərinə yardım etmək üçün tez-tez yığıncaqlar keçiridilər. Bu dövrdə mesenat Vitold Zqlenitski və neftxuda Stefan Skşıvan cəmiyyətdə tanınan və sevilən şəxslərdən olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Azərbaycanda yaşayan polyaklara ilk dəfə siyasi hüquqlar verilmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində IX Milli azlıqlar fraksiyasına bir polyak millətvəkili Stanislav Vonsovic daxil olmuşdur. Vonsovic Bakıda yaşayan polyakları təmsil edirdi.

Sovet hakimiyyətinin qurulmasından sonra, bir çox polyak siyasi təqiblər səbəbindən, Polşaya qayıtmışdır. BakıGəncə şəhərlərində fəaliyyət göstərən cəmiyyət və dərnəklərin fəaliyyəti qadağan olunmuşdur. Bakıda yaşayan bir çox polyak isə bolşevik təsiri nəticəsində milli mənsubiyyətlərini gizlətməli olmuşdular. Azərbaycanda polyakların növbəti dəfə təşkilatlanması 2000-ci ildən başlanmışdır. Həmin ildə Bakıda Polşa cəmiyyəti yaradılmışdır.

Arxitektura

İosif Qoslavski tərəfindən Bakı şəhərində inşa olunmuş binaları .[5]

Polyak kilsəsi

Bakıda yerləşən Müqəddəs Bakirə Məryəm kilsəsi (solda)

Azərbaycan polyaklarının əsas arzularından biridə, Bakıda polyak katolik kilsəsinin inşa edilməsi idi. Kilsə inşa edilmiş və uzun müddət Bakı polyak icmasına xidmət etmişdir. Ancaq İosif Stalinin hakimiyyətə gəlməsindən sonra kilsə bolşeviklər tərəfindən dağıdılmışdır. Azərbaycanda ikinci polyak kilsəsi, Qusar rayonunda inşa edilmişdir. Həmin kilsə, bu gündə polyak kilsəsi olaraq yerli xalq arasında tanınır.

Məşhur azərbaycanlı polyaklar

İstinadlar

  1. "Iranian studies in Poland". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-02.
  2. Christianity in Azerbaijan Arxivləşdirilib 2006-05-18 at the Wayback Machine. Realny Azerbaijan. 18 May 2006. Retrieved 29 April 2007
  3. ""Азербайджанская Полония"". 2011-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-02.
  4. "Bakı şəhərində açılmış polyak məktəbi və kitabxanası" (PDF). 2012-04-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-24.
  5. Works of Polish Architects in Baku by Prof. Shamil Fatullayev-Figarov

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.