Azərbaycan motivləri (film, 2008)

Azərbaycan motivləri — rejissor Ziya Şıxlinski[1] tərəfindən 2008-ci ildə çəkilmiş qısametrajlı sənədli filmi. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film­də Azər­bay­can şai­ri Nizami Gəncəvi döv­rün­dən bu gü­nü­mü­zə qə­dər olan klas­sik sə­nət­kar­la­rın əsər­lə­ri­nin ek­ran hə­ya­tı ya­şa­ma­sı və mu­si­qi­lər­də səs­lən­di­ril­mə­si əsas ola­raq gös­tə­ril­miş­dir. 2008-ci ildə Aşqabadda “Türkmənistan və dünya kino prosesi” beynəlxaq kinofestivalında film Xüsusi mükafat almışdır.

Azərbaycan motivləri
Azərbaycan motivləri
Janr sənədli
qısametrajlı
musiqili
Rejissor Ziya Şıxlinski
Prodüser Cavid İmamverdiyev
Ssenari müəllifi Rəhman Bədəlov
Operator Adil Abbas
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 2008
Filmin növü qısametrajlı sənədli film
Müddət 18 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2008
Rəng [rəngli

Məzmun

Film­də Azər­bay­can şai­ri Nizami Gəncəvi döv­rün­dən bu gü­nü­mü­zə qə­dər olan klas­sik sə­nət­kar­la­rın əsər­lə­ri­nin ek­ran hə­ya­tı ya­şa­ma­sı və mu­si­qi­lər­də səs­lən­di­ril­mə­si əsas ola­raq gös­tə­ril­miş­dir. Bu­ra­da Müslüm Maqomayevin "Şah İs­ma­yıl" ope­ra­sı­nın ya­ran­ma ta­ri­xin­dən be­lə söz açı­lır.[1]

Qobustan, İçərişəhər, Atəşgah, İn­cə­sə­nət Mu­ze­yi, Şir­van­şah­lar Mu­ze­yi və di­gər mən­zə­rə­li, ta­ri­xi əhə­miy­yət kəsb edən abi­də­lər film bo­yu təq­dim olu­nur. Ey­ni za­man­da, Gəncə, Şəki, Naxçıvan, Qazaxla bağ­lı gö­rün­tü­lər də fil­mə da­xil olun­muş­dur. Bu böl­gə­lə­rin ta­ri­xi­ni əks et­di­rən abi­də­lə­rə üs­tün­lük ve­ril­miş­dir.[1]

Film­də Azər­bay­ca­nın klas­sik mu­si­qi­çi­lə­ri­nin Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun əsər­lə­rin­dən is­ti­fa­də olun­muş­dur. Ey­ni za­man­da, iki pia­no­çu­nun ifa­sın­da gö­zəl mu­si­qi nöm­rə­lə­ri də səs­lən­di­ri­lir. Vaqif Mustafazadə­nin kadr ar­xa­sı "Dü­şün­cə" və Murad Hüseynovun ifa­sın­da "Sa­rı gə­lin" əsər­lə­ri təq­dim olu­nur.[1]

Festival və mükafat

2008-ci ildə Aşqabadda “Türkmənistan və dünya kino prosesi” beynəlxaq kinofestivalında film Xüsusi mükafat almışdır.[2]

Filmin üzərində işləyənlər

Ssenarist: Rəhman Bədəlov
Rejissor: Ziya Şıxlinski
Operator: Adil Abbas
Prodüser: Cavid İmamverdiyev

İstinadlar

  1. "Azər­bay­can mo­tiv­lə­ri" sə­nəd­li fil­mi­nin çə­ki­liş­lə­ri ye­kun­la­şıb". Səs (az.). ANL. 7 avqust 2008. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
  2. ""Azərbaycan motivləri" filmi xüsusi mükafata layiq görülmüşdür" (az.). AzərTac. 12 noyabr 2008. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.