Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)

Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə[1] tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında[1] istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.

Azərbaycan mətbəxi: Dadsonrası dad
Azərbaycan mətbəxi: Dadsonrası dad
Janr sənədli
qısametrajlı
Rejissor Şamil Nəcəfzadə
Prodüser Cavid İmamverdiyev
Ssenari müəllifi Şamil Nəcəfzadə
Operator Nizami Abbas
Bəstəkar Cahangir Zülfüqarov
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 22 may 2015
Filmin növü qısametrajlı sənədli film
Müddət 33 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2015
Rəng rəngli

Məzmun

Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.[2] Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir.[3]

Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir.[4]

Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır.[1]

Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.[2]

Filmin üzərində işləyənlər

Ssenarist: Şamil Nəcəfzadə
Rejissor: Şamil Nəcəfzadə
Operator: Nizami Abbas
Prodüser: Cavid İmamverdiyev
Bəstəkar: Cahangir Zülfüqarov

İstinadlar

  1. Türkan Abdullayeva. ""Azərbaycan mətbəxi: dadsonrası dad" adlı sənədli filmi nümayiş olunub" (az.). AzərTac. 22 may 2015. 2019-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
  2. ""Azərbaycan mətbəxi: Dadsonrası dad" filminin nümayişi olacaq" (az.). Trend. 21 may 2015. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
  3. Kamal Yaşar. ""Azərbaycan mətbəxi: Dadsonrası dad" sənədli filmi mətbuat nümayəndələrinə təqdim edilib" (az.). Kəpəz ARB. 23 may 2015. İstifadə tarixi: 2017-11-24.
  4. Lalə Azəri. ""Azərbaycan mətbəxi: dadsonrası dad"" (az.). Mədəniyyət. 22 may 2015. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
2015-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.